23 | 07 | 2017
Bölmələr
Axırıncı nömrə

Arxiv
Axtarış
Ən çox oxunanlar
Hava proqnozu
Ziyarətçilərimiz

free counters

Qusar qonaq qarşılamağa hazırdır

Turizm mövsümünə start verilib. Doğma Qusarımız qonaq qarşısına necə çıxacaq? Müsahibimiz rayon mədəniyyət və turizm şöbəsinin müdiri David İbramxəlilovdur. -Rayonumuz turizm sahəsinin inkişaf etdirilməsi baxımından böyük imkanlara malikdir. Yerləşdiyi coğrafi şərait, gözəl və təkrarsız təbiəti, relyefi, dağları, şəlalələri bu sahənin yüksəlişinə geniş şərait yaradır.Son illər ölkə prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində rayonun turizm infrastrukturu tamamilə genişləndirilmişdir.

 Rayonda yeni rabitə, qaz, su xətləri çəkilmiş, yol infrastrukturu yaxşılaşdırılmış, turistlərə xidmət göstərmək üçün yeni sosial obyektlər tikilmişdir. Mövcud əlverişli şəraitdən istifadə edən sahibkarlar yeni-yeni müasir üslubda turizm obyektlərini yaradırlar.

 Möhtərəm prezidentimiz İlham Əliyevin təşəbbüsü və xüsusi nəzarəti ilə rayonumuzda inşa olunan “Şahdağ" qış-yay turizm istirahət kompleksi turizmin inkişafı baxımından böyük önəm daşıyır. Kompleksin fəaliyyəti üçün yaradılacaq infrastrukturdan rayonun bütün əhalisi yararlanacaqdır.

 “Şahdağ" qış-yay turizm kompleksinin fəaliyyətə başlaması rayonda bir sıra unudulmuş xalq tətbiqi sənət növlərinin yenidən canlandırılmasına, dekorotiv-tətbiqi sənət nümunələrinin sərgi və satışı üçün geniş imkanlar açacaqdır.

 Bu nəhəng turizm obyektində işləyəcək kadr potensialının yetişdirilməsinə dövlət səviyyəsində hazırlıq tədbirlərin həyata keçirilməsinə başlanmışdır. Azərbaycan Turizm İnstitunda, eləcə də institutun nəzdində yenicə fəaliyyətə başlamış peşə məktəbində turizm xidməti sahəsində çalışacaq kadrlar hazırlanacaqdır. Gələcəkdə rayonumuzda həmin peşə məktəbinin filialının açılması da nəzərdə tutulmuşdur.

 Son illər ümumtəhsil məktəblərinin məzunları arasında turizm sənayesi ixtisasları üzrə təhsil almasına meyllilər artmışdır. Hazırda 25 nəfərdən artıq qusarlı gənc turizm ixtisasları üzrə təhsil alır.

 Rayonda milli adət-ənənələri yaşadan folklor kollektivlərinin fəaliyyətinin genişləndirilməsi, bölgənin milli mətbəxinin daha dolğun təqdim olunması sahəsində ciddi işlərin aparılmasına ehdiyac duyulur.

 Rayonumuzda 10-dan artıq turizm obyekti fəaliyyətdədir.

 Turizm fəaliyyəti ilə məşğul olan hər bir sahibkar Mədəniyyət və Turizm Nazirliyindən xüsusi razılıq (lisenziya) almalıdır. Mehmanxana və mehmanxana tipli obyektlərin lisenziyasız fəaliyyət göstərməsinə icazə verilmir.

 Rayonumuzda lisenziya ilə fəaliyyət göstərən "Suvar", “Qayi-bulaq", "Star Qusar", "Ümid", Qusar Olimpiya İdman Kompleksi, Qusar Regional Biznes İstirahət Mərkəzi ilə yanaşı, hələ də lisenziya almamış “İskra", “Alpine Qusar", “MM", “Şahbulaq" turizm obyektləri də fəaliyyətdədir.

 Qusarda turizmin qış idmanı, dağ alpinizmi, ekoloji turizm, dini ziyarət turizmi, yaşıl kənd turizmi və digər turizm növlərinin inkişaf etdirilməsi üçün böyük imkanlar mövcuddur.

 Son illər Ləzə kəndində tez-tez buzadırmanma üzrə beynəlxalq yarışlar, dağ alpinizmi üzrə beynəlxalq ekspedisiyalar, yürüşlər təşkil olunur.

"Şahdağ"Milli Parkının ərazisində ekologiya həvəskarları ərazinin fauna və florası ilə yaxından tanış olmaq imkanı əldə edirlər.