25 | 05 | 2017
Bölmələr
Axırıncı nömrə

Arxiv
Axtarış
Ən çox oxunanlar
Hava proqnozu
Ziyarətçilərimiz

free counters

Yeni təhsil ocağı: Qusar Peşə liseyi

Şəhərdəki internat məktəbinin bazasında yeni dərs ilindən peşə liseyi fəaliyyətə başlayacaqdır. Müxbirimiz Müzəffər Salmanov məktəbin direktoru İmaməddin ZƏkiyevlƏ görüşüb yeni yaradılan lisey haqqında oxucularımıza məlumat verməsini xahiş etmişdir. Liseyin direktoru demişdir:

-Qusar Peşə Liseyi "Azərbaycan Respublikasında dövlət uşaq əssisələrindən uşaqların ailələrə verilməsi və alternativ qayğı Dövlət Proqramı" (2006-2015-ci illər), "Azərbaycan Respublikasında texniki-peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı"nın (2007-2012-ci illər) icrasına uyğun olaraq iqtisadiyyatın müxtəlif sahələri üzrə ixtisaslı kadrların hazırlanmasının təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 dekabr 2012-ci il tarixli 282 nömrəli qərarı ilə ləğv edilmiş Azərbaycan Respublikası Təhsil Nazirliyinin Qusar Şəhər İnternat məktəbinin bazasında yaradılmışdır. Lisey əmək bazarının təlabatına uyğun olaraq, ümumi orta təhsil və tam orta təhsil bazasında müxtəlif sənətlər və kütləvi peşələr üzrə ixtisaslı kadrlar hazırlayacaqdır.

Liseyə ümumi orta təhsil bazasından qəbul olunanlar peşə ixtisası ilə yanaşı, tam orta təhsil almaq hüququna da malikdirlər. Təhsil əssisəsində tədris dili dövlət dili-Azərbaycan dilidir. Dərslər sentyabrın 15-dən iyunun 30-dək davam edəcəkdir.

Təhsil dövlət hesabına və ödənişli əsaslarla həyata keçirilir. Liseydə ilk peşə-ixtisas təhsili pilləsini müvəffəqiyyətlə başa vurmuş şəxslərə diplom və sertifikat veriləcəkdir. Dərslərin əyani formada 5 günlük həftəsi əsasında bir növbədə keçirilməsi nəzərdə tutulmuşdur.

əllim və şagirdlərin liseyə qəbulu müsabiqə yolu ilə keçiriləcəkdir. Yaş və təhsil məhdudiyyəti yoxdur. Təhsil müddəti orta təhsil bazasından təşkil olunan qruplarda 3 il, tam orta təhsil bazasından qəbul olunanlar üçün 1 ildir. Ümumi orta təhsil bazasından mühasib, kompüter operatoru, aşpaz, tam orta təhsil bazasından isə mehmanxana inzibatçısı, barmen-bufetçi-ofisiant peşələrinə şagirdlər dövlət hesabına yiyələnə biləcəklər. Ödənişli əsaslarla yalnız tam orta təhsil bazasından mühasib, kompüter operatoru, elektrik qaz qaynaqçısı, dərzi və bərbər peşələrinin öyrədilməsi nəzərdə tutulmuşdur.

Liseydə təhsil alanlar pulsuz yataqxana ilə təmin olunacaqlar. Şagirdlərin liseyə qəbulu və liseyi bitirdikdən sonra müvafiq işlə təmin olunmaları idarə və əssisələrin sifarişləri əsasında həyata keçiriləcəkdir. Dövlət hesabına oxuyanlara əyyən olunmuş qaydada təqaüd veriləcəkdir.