25 | 05 | 2017
Bölmələr
Axırıncı nömrə

Arxiv
Axtarış
Ən çox oxunanlar
Hava proqnozu
Ziyarətçilərimiz

free counters

"Əlifba"nı bitirənlərin bayramı

Əlifba-bütün elmlərə aparan yolların açarı. Böyük sevinclə, bəslədiyi ümidlərlə, qurduğu xəyallarla, ürəyində baş qaldıran arzularla övladının əlindən tutub məktəblərdə ilk zəngi səbirsizliklə gözləyən valideynlər, indi həmin körpə balaların əziz bayramına yığışıblar.Böyük həyəcanla övladının özünü necə aparacağını, necə çıxış edəcəyini gözləyirlər. Budur, birincilər, hərflərlə, rəqəmlərlə, dərsliklərlə "silahlanmış" şəkildə əllərində dövlətimizin üçrəngli bayrağı, döşlərində "Əlifba" yazılmış lentlərlə, inamlı addımlarla bayram iştirakçılarının qarşısına çıxırlar. Dövlət Himninin oxunuşundan sonra açılış başlanır.

Dilimizin, Vətənimizin şərəfinə şeirlər səslənir. Sonra növbə aparıcı ilə "Əlifba"ya verilir. Şagirdlər, səslərdən, sözlərdən tutmuş hər bir dərsliyin elmi gücü haqqında, rəqəmlərin əhəmiyyətinə aid bir-birindən maraqlı çıxışlar edirlər. Sonra sıra "Nağıllar aləmində səyahət"ə verilir. Burada "Qırmızı papağ"ı, "Cırtdan"ı, "Qoğalı", heyvanlar tərəfindən aldadılmış canavarı, "Tıq-tıq xanım"ı, padşahın qarnını yırtmış xoruzu da görmək olardı.

Bayramı rəqssiz təsəvvür etmək çətindir. Budur "Cücələr"in rəqsi başlanır. Sonra mahnılar bir-birini əvəz edir. "Meyvələr" komandası ilə "tərəvəzlər" komandaları arasında yarış başlanır.

Sonda isə Azərbaycanın gözəlliyinə aid xor səslənir. Bayram sanki birincilərin nələrə qadir olduqlarının nümayişi idi.

Qoy onlar elmin gur bulağından damla-damla toplayıb, ümman yaratsınlar.

Nərgiz XANOVA,

1 saylı məktəbin valideyn- müəllim assosiasiyasının sədri

Bədirqala kənd klubunda da "Əlifba" bayramı keçirilmişdir. Fidan balalar elmə, təhsilə aparan uzun, əzablı və şərəfli yola çıxmağa hazır olduqlarını nümayiş etmişlər.   (Sağdakı şəkil)