21 | 11 | 2017
Bölmələr
Axırıncı nömrə

Arxiv
Axtarış
Ən çox oxunanlar
Hava proqnozu
Ziyarətçilərimiz

free counters

Əbədi şöhrətdir müəllim adı

Rayonumuzda 5 Oktyabr-Beynəlxalq Müəllimlər Günü qeyd olundu.

Müəllim peşəsi cəmiyyətdə müqəddəs və şərəfli peşələrdən biri hesab edilir. Çünki məhz müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir. Belə insanlar cəmiyyəti inkişaf etdirir, ölkəni, dövləti gücləndirir. Bu gün müstəqil dövlətimizin daha da gücləndirilməsində fəal iştirak edən, cəmiyyətdə öz layiqli vətəndaş mövqeyi ilə seçilən insanlar məhz müəllim əməyinin yetirmələridir.

Rayon Uşaq İncəsənət Məktəbinin iclas zalında 5 oktyabr Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş tədbir keçirilmişdir.

Tədbirdə çıxış edən təhsil şöbəsinin müdiri Niftəli Fərzəliyev onun iştirakçılarını salamladı və bütün müəllimləri bayram günü münasibəti ilə təbrik edərək onlara gələcək işlərində uğurlar, nailiyyətlər arzuladı.

5 oktyabrın Beynəlxalq Müəllimlər Günü kimi qeyd edilməsinə dair qərarın ilk dəfə 1966-cı il oktyabrın 5-də YUNESKO tərəfindən verildiyini qeyd edən natiq ümummilli lider Heydər Əliyevin 1993-cü il oktyabrın 5-də imzaladığı sərəncama əsasən bu təqvimin hər il respublikamızda da təntənəli keçirildiyini diqqətə çatdırmışdır.

2016-2017-ci dərs ilinə ciddi uğurlarla gələn Azərbaycan təhsili üçün ötən dərs ili bir sıra mühüm hadisələr, islahatyönümlü tədbirlərlə əlamətdar olub. Təhsil islahatlarının daha da dərinləşdirilməsi, təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində son illər başlanan işlər daha qətiyyətlə davam etdirilib, bir sıra yeni layihələrə start verilib, təhsil sistemimizin dünya təhsil məkanına daha sıx inteqrasiyası yönündə uğurlu addımlar atılıb.

Prezident İlham Əliyevin qayğısı nəticəsində orta məktəblərdə təhsilin səviyyəsi yüksəlmiş, müəllim və şagirdlər üçün maddi-texniki bazanın gücləndirilməsi istiqamətində bir sıra mühüm addımlar atılmışdır.

Müəllim günü münasibəti ilə təhsilin inkişafında xidmətlərinə görə bir qrup pedaqoji işçiyə fəxri fərman və hədiyyələr təqdim edildi.