21 | 11 | 2017
Bölmələr
Axırıncı nömrə

Arxiv
Axtarış
Ən çox oxunanlar
Hava proqnozu
Ziyarətçilərimiz

free counters

Öyrənmək üçün okeanın o tayına

Qusar Uşaq-Gənclər İdman Məktəbinin müəllimi Elman Eldarov ABŞ-da təcrübə mübadiləsində olmuşdur.

ABŞDövlət Departamentinin Təhsil və Mədəniyyət İşləri Bürosunun İdman Diplomatiyası Şöbəsinin dəvəti ilə iki həftəlik kurslara qatılan həmyerlimiz okeanın o tayından xoş təəssüratlarla, yeni bilgilərlə qayıtmışdır. Əməkdaşımızla səfər təəssüratını bölüşən Elman müəllim demişdir:

-İdman diplomatiyası şöbəsinin həyata keçirdiyi İdman ziyarətçiləri proqramının əsas məqsədi dünyanın müxtəlif ölkələrindəki idman mütəxəssisləri arasında linqvistik və sosial-mədəni fərqləri aradan qaldırmaq, fərqli mənşəli insanlar arasında qarşılıqlı anlaşma yaratmaqdır.

Bu ölkənin Avstin, Kolorado, Vaşinqton şəhərlərində müxtəlif universitetlərdə seminarlarda sağlamlığa, komanda işinə yönəlmiş, sessiyalarda, məşqlərdə iştirak etdim.

Proqram çərçivəsində ölkənin görməli yerlərini ziyarət etməyim, amerikalı həmkarlarımla bilavasitə tədris və məşq prosesində iştirak etməyim bilgilərimi xeyli zənginləşdirdi.

Proqram başa çatdıqdan sonra mənə müvafiq sertifikat təqdim olundu.

Qazandığım təcrübəni həmkarlarımla bölüşməyə, pedoqoji və məşqçilik fəaliyyətimdə istifadə etməyə çalışacağam. 

  “Qusar”