21 | 11 | 2017
Bölmələr
Axırıncı nömrə

Arxiv
Axtarış
Ən çox oxunanlar
Hava proqnozu
Ziyarətçilərimiz

free counters

Müstəqil həyata çağırış zəngi

İyunun 14-də məktəblərimizdə “son zəng” səslənəcək.

Başa çatmaqda olan tədris ilində Zindan Muruq kənd tam orta məktəbinə 16   məzun əlvida deyəcək. Onların 6 nəfəri ali məktəbə, 2 nəfəri orta ixtisas məktəbinə qəbul olunmaq üçün sənəd verib.

Mayda keçirilən birinci qəbul imtahanında məktəbin 2 nəfər məzunu 600-dən yuxarı, 2 nəfəri isə 300-dən yuxarı bal toplamışdır.

Məzunlar gələcəyin kompüter mühəndisi, həkimi və müəllimi kimi ölkəmizin tərəqqisinə, rayonumuzun inkişafına pay qatmaq istəyirlər.

Builki məzunlardan 2 nəfərinin-Mustafa Azadovla Salik Ağamuradovun sənədləri göstərdikləri uğurlu nəticələrə görə məktəb tarixində ilk dəfə olaraq qızıl medalla təltif olunmaları üçün Təhsil nazirliyinə təqdim olunmuşdur.

Şəkildə: onbirincilər sinif rəhbərləri Cəmaləddin Heybətovla birgə.

2016-2017-ci dərs ili bir sıra uğurlarla yaddaşlarda qalacaqdır. İlboyu 30-dan artıq şagirdimiz müxtəlif nominasiyalar üzrə beynəlxalq və respublika səviyyəli yarış və müsabiqələrdə uğurla çıxış etmiş, mükafata layiq yerlər tutmuşdur.

Cari tədris ilində rayonun ümumtəhsil məktəblərinin XI siniflərini 936 nəfər şagird bitirmişdir ki, onların hamısı buraxılış imtahanlarında iştirak hüququnu qazanmışdır.

Məzunların hamısına tam orta təhsil haqqında attestat veriləcəkdir.Təhsil aldıqları müddətdə xüsusi nailiyyətlər əldə etmiş 2 nəfər XI sinif məzununun sənədləri qızıl medala təqdim edilmişdir.

Rayonun ümumtəhsil məktəblərinin IX siniflərini 1114 nəfər bitirmişdir. IX sinif şagirdləri buraxılış imtahanının I mərhələsini 18.03.2017-də vermişlər. Hazırda məktəblərdə həmin nəticələrin müzakirəsi keçirilir.

İyunun 30-da üç imtahan mərkəzində- şəhər 3, 6 saylı və Yuxarı Zeyxür kənd tam orta məktəblərində IX və XI sinif şagirdləri üçün mərkəzləşmiş qaydada buraxılış imtahanı keçiriləcəkdir. İmtahanlar- IX sinif şagirdləri üçün saat 900-da, XI sinif şagirdləri üçün saat 1500-da başlanacaqdır.

Qarşıda məzunlarımızı ikinci qəbul imtahanları gözləyir. I və IV qruplar üçün qəbul imtahanları 22.07.2017-də, II və III qruplar üçün qəbul imtahanı 14.07.2017-də keçiriləcəkdir.

Orta itisas məktəblərinə qəbul olmaq istəyən IX və XI sinif şagirdləri buraxılış imtahanlarının nəticələrinə görə ixtisas seçəcəklər. Bu hal həm də ali məktəblərin V qrupuna sənəd vermiş XI sinif məzunlarına da şamil ediləcəkdir.

Məzunlarımıza təhsil yollarında uğurlar arzulayırıq.        

Rövşən Bünyatov, RTŞ-nin işçisi