26 | 09 | 2017
Bölmələr
Axırıncı nömrə

Arxiv
Axtarış
Ən çox oxunanlar
Hava proqnozu
Ziyarətçilərimiz

free counters

Sofiya, İradə və Eyvaz

Şəhər 2 saylı məktəbin bu şagirdləri respublika müsabiqələrində növbəti uğurlara imza atmışlar.

Bu məktəbin 6-cı sinif şagirdi İradə Bayramova Bakı Modern Təhsil Kompleksində 5 və 7-ci sinif şagirdləri arasında “ALPLogo-2017 proqramlaşdırma” Olimpiadasına qatılaraq həmin yarışmanın qalibi adını qazanmışdır.

İradənin qardaşı Eyvaz bu kompleksin nəzdindəki İnnovativ Təhsil Texnologiyaları Mərkəzinin dəstəyi və rəhbərliyi ilə respublika məktəbliləri arasında "Google SketchUp proqramında ən yaxşı üçölçülü model" respublika müsabiqəsində ikinci yerə çıxmışdır.

İyunun 6-da Bakı Slavyan Universitetində isə təhsil ocağının daha bir şagirdi-Sofiya Murtuzayeva münsiflərin təbriklərini qazanmış və qalib diplomunu almışdır. 8-ci sinifdə oxuyan Sofiya “Beynəlxalq Rus Dili Günü” münasibətilə Azərbaycanın orta təhsil müəssisələrinin şagirdləri arasında rus dili və ədəbiyyatı üzrə keçirilən, təşkilatçıları Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Səfirliyi, "Rossotrudnçestvonun nümayəndəliyi-Rusiya İnformaiya-Mədəniyyət Mərkəzi", Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycanın Rusdilli Tədris Müəssisələrinin Müəllimlər Assossiyasiyası olan IX Respublika Olimpiadasında qalib gəlmişdir.

Qalib məktəblilərimizi, təhsil ocağının kollektivini, fənn müəllimlərini təbrik edir, yeni uğurlar diləyirik.