25 | 04 | 2017
Bölmələr
Axırıncı nömrə

Arxiv
Axtarış
Ən çox oxunanlar
Hava proqnozu
Ziyarətçilərimiz

free counters

Sevimli məktəbdə-sevimli sinif

Geyimimiz, hüququmuz bir idi,

Şagird idi hamımızın adı da.

Elə bil ki, boyumuz da eyniydi,

Aman Allah, nə xoşbəxtdik biz onda.

Onlar bəlkə də həyatın ən xoşbəxt anlarını yaşadıqlarının fərqində deyillər. Lakin 5,10,15... ildən sonra bu günləri həzin bir xatirə kimi xatırlayacaqlar. İndi isə dəftər-kitaba sarılmaqla qarşıdakı uzun, tilsimlərlə dolu bir həyat yolunun hazırlığını görürlər.

Amalya Orucovanın sinif rəhbəri olduğu 11a-da təhsil alan 16 nəfər şagirdin ən yaxın arzusu tələbə olmaqdır. Sinifdə əlaçıların sayı 7, 4-5-lə oxuyanlar isə 5 nəfərdir. Qalanları? Onlar da həm təhsildə, həm mədəni-kütləvi, idman tədbirlərində, olimpiadalarda uğurlu nəticələr əldə edirlər. Bir də Nyuton, Eynşteyn, dünyanın yüzlərlə dahisi əlaçı olmayıblar ki?!

Sinfin şagirdləri müxtəlif olimpiadalarda, idman oyunlarında, müsabiqələrdə iştirak edərək ayrı-ayrı nominasiyalar üzrə qalib adını qazanmış, rayonumuzun ən qocaman təhsil ocağının şərəfini layiqincə qorumuşlar. Ziya Abdullayev "Qardaş regionların vətənpərvər şagirdlərinin dünya azərbaycanlılarına töhfəsi" layihəsində iştirakına görə sertifikatla, Nadir Ağabəyov "Erudit" region gənclərinin intellekt festivalı layihəsi çərçivəsində I yer tutduguna görə diplomla, həmçinin "Uşaq hüquqları üzrə Pilləli Tədris" kursunun sertifikatı ilə təltif olunmuşlar.

Leyla Orucova "Uşaq hüquqları üzrə Pilləli Tədris" kursunu müvəffəqiyyətlə bitirərək trenerlik bacarıqlarına yiyələndiyinə görə sertifikatla, "Şimal regionu gənclərinin intellektual birinciliyi" layihəsində I yer tutduğuna görə fəxri fərmanla," Teymur Hüseynov həm "Cəsurlar"ların respublika birinciliyində fərqləndiyinə görə diplomla, eləcə də cüdo üzrə keçirilən müxtəlif turnir və yarışmalarda qazandığı qələbələrə görə çoxlu sayda medal və prizlərlə mükafatlandırılıblar. Firuzə Ağayeva "Ana dilimizi sevək və sevdirək" devizi ilə Azərbaycan dili fənni üzrə keçirilən rayon olimpiadasında I yerə layiq bilinib.

Sinifdə müvəffəqiyyət faizi 100, keyfiyyət faizi 75-dir!

“Sevimli məktəbdə sevimli sinif” layihəsinin ilk təqdimatına təbii olaraq 1 saylı məktəbdən başladıq. Yolumuzu digər təhsil ocaqlarının ən yaxşı siniflərinə də salacağıq.                                

     “QUSAR”