23 | 07 | 2017
Bölmələr
Axırıncı nömrə

Arxiv
Axtarış
Ən çox oxunanlar
Hava proqnozu
Ziyarətçilərimiz

free counters

“Elektron Təhsil”-in qalibi

Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən keçirilən, məqsədi elektron tədris resurslarının, internet texnologiyalarının tədris prosesinə tətbiqini fəallaşdırmaq, təhsil ictimaiyyətini məlumatlandırmaq, tədris məqsədləri üçün internetdən istifadənin yeni üsullarını öyrənmək, tədris prosesində informasiya texnologiyalarından fəal istifadə edən müəllimləri həvəsləndirməkdən ibarət olan "Elektron Təhsil" respublika müsabiqəsinin qalibləri müəyyənləşmişdir.

Qeyd edək ki, müsabiqənin I mərhələsinə təqdim edilən 1313 işdən 1220 iş II mərhələyə ekspertlər tərəfindən qiymətləndirilməyə təqdim olunmuş və nəticədə 325 iş nominant olaraq III mərhələyə keçmişdir. III mərhələyə keçən işlər münsiflər tərəfindən onlayn olaraq qiymətləndirilərək 23 qalib və 24 fərqlənən müəyyən edilmişdir.

Fərəhləndirici haldır ki, qaliblərin cərgəsində rayonumuzun təmsilçisi də vardır.

Qusar şəhər 2 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdi Eyvaz Bayramov "Tədrisdə istifadə üçün ən yaxşı elektron resurs" nominasiyası üzrə II yerə layiq görülmüşdür.

"AzEduNet", "Ultra", "Təhsildə İnnovativ Texnologiyalar" Əlavə Təhsil Mərkəzi, "Edumedia Azərbaycan" və "Nar" operatoru tərəfindən dəstəklənən müsabiqənin qaliblərinə diplomlar, noutbuklar, planşetlər, printerlər və digər xüsusi mükafatlar təqdim olunmuşdur.

Bu sevindirici təhsil uğuru münasibətilə Eyvazı, onun informatika fənni üzrə müəllimi Kamran Əliyevi, bütün məktəb kollektivini ürəkdən təbrik edirik.                                                                      

“QUSAR”