23 | 07 | 2017
Bölmələr
Axırıncı nömrə

Arxiv
Axtarış
Ən çox oxunanlar
Hava proqnozu
Ziyarətçilərimiz

free counters

Nadir və nəsli kəsilməkdə olan bitkilər

OnlaraŞahdağ Milli Parkının Qusar rayonu ərazisində təsadüf edilir

Azərbaycan Respublikası Prezidentinin 8 dekabr 2006- il tarixli sərəncamı ilə yaradılmış Azərbaycan Respublikasının Şahdağ Milli Parkının ərazisinin genişləndirilməsi üçün Qusar rayonunda 5145,3 hektar, Quba rayonunda 7840,9 hektar, İsmayıllı rayonunda 403,9 hektar, Qəbələ rayonunda 1068,0 hektar, Oğuz rayonunda 155,0 hektar torpaq sahəsi daimi istifadə üçün Azərbaycan Respublikasının Ekologiya Təbii Sərvətlər Nazirliyinə verilmişdir.

Baş Qafqaz dağlarının yan silsiləsini təşkil edən Şahdağı Qusar, Quba, Qəbələ İsmayıllı rayonlarının dağlıq əraziləri əhatə edir. Qusar rayonunun ümumi ərazisi 1542 kvadratkilometr olub Baş Qafqaz dağlarının cənub-şərq ətəklərini əhatə edir.

 

Rayonun ərazisi qərbdə Şahdağ zirvəsi (4243 m.) şərqdə təpəcik sahələrdən ibarət olub, ümumiyyətlə maili xarakterlidir. Dağ yaylaqları, çəmənliklər, onları getdikcə əvəz edən dağətəyi meşəlik daha sonra qələm kolluqlar əraziyə xüsusi gözəllik verir. Qusar rayonunun dağ ətəklərində, subalp alp çəmənliklərində yayılan dərman bitkilərinin çoxu tibb sənayesində xammal kimi istifadə oluna bilər. Belə bitkilərin bəziləri endemikdir. Şahdağ Milli Parkının Qusar rayonu ərazisində adıQırmızı kitaba daxil edilmiş, nadir nəsli kəsilməkdə olan bir çox bitki növlərinə təsadüf edilir.

1.Gözəl vaxtsızçiçək     (Kolxikum spesiozum). Zanbaq-Liliaceae fəsiləsindəndir. Azərbaycanda Böyük Qafqazın subalp qurşağında cəmənliklərdə rast gəlinir. Arealı məhduddur. Bitki sentyabr-oktyabr aylarında çiçək açır. Elə buna görə vaxtsızçiçək adlanır. Lakin yarpaqları hələ olmur. Çiçəyi zəfəran çiçəyinə oxşayır. Mayalanmış yumurtalıq qışlayır baharda meyvə əmələ gətirir. Bu zaman meyvə ilə birlikdə yarpaqlar da inkişaf edir.

Toxumu iyunda yetişir. Yerüstü yarpaqlar solur yeni ya bir, ya da iki ədəd cavan soğanaqlı yumrular əmələ gətitir. Köhnə soğanaq tədricən məhv olur.

Soğanaqlı yumrularda kolxisim kolxamin vardır ki, bunlardan hazırla-nan 0,5faizli məlhəmi 1-ci 2-ci dərəcəli dəri xərçəngində, soğanağından toxumlarından hazırlanan sulu dəmləməsi xroniki leykozların müalicəsində istifadə olunur.

Yayıldığı sahələrdən örüş kimi istifadə edildiyindən bu qiymətli bitkinin arealı getdikcə kiçilir.

2.Qoyun noxudu (Siser minutum). Paxlalılar-leguminosae fəsiləsindəndir.

Toxumu zülalla zəngin olan (18- 26 faiz) bu paxlalı bitki xalq arasındanut”- qoyun noxudu adlandırılır. Qidada heyvanların yemləndirilməsində istifadə olunur. “Qırmızı kitaba düşmüş kiçicik nöxud-ciser minutum - çoxillik kiçik boylu polikarp bitkidir. Gövdəsi yerə yatmış ya 5 - 8 sm-ə qədər dik qalxandır. Gövdənin üzərində pazvari formalı, təklələkvari yarpaqlar yerləşir. Çiçəkləri bənövşəyi rəngdədir. Paxlası xırda olub yumurtavaridır. 1-2 toxumu olur.

Bitkiyə Böyük Qafqazın Şahdağ ərazisində, Azərbaycanla Dağıstan sərhəddində, xırda çınqıl yığıntılarında təsadüf edilir. Bitki keçən əsrin 70-ci illərində aşkar olunmuşdur. Bu onu göstərir ki, Böyük Qafqaz flora bitkilik cəhətcə zəif öyrənilmişdir.

Qoyun sürüləri mal-qaranın intensiv otarılması ilə əlaqədar bitkinin yayılma arealı getdikcə daralır. Ona görə adıQırmızı kitaba düşmüş bu bitki qorunmalıdır.

3.Sıxılmış murdarça- (Rhamnus depressa). Murdarça-Rhamnaceae fəsiləsindəndir.

Bitkiyə Şahdağın ətəklərində, qayalıq daşlıq ərazilərdə, əsasən cənub -gündüşən sahələrdə, daşların üzərinə yayılmış halda rast gəlinir.

Yerli əhali bitkini "dağ çayı" adlandırır qədimdən ondan çay dəmləmək üçün istifadə edirlər. Hətta bəzi vaxtlarda "dağ çayı" adı altında bazarda satılmışdır.

Nəticədə bitkinin kökü tamamilə kəsilmək üzrədir. Yalnız əlçatmaz qayalıqlarda qalmışdır. Ona görə bəziləri onu hətta ov tüfəngi ilə vurub toplamağa cəhd edirlər. Bitkinin bütün organlarından dadlı-ətirli çay dəmlənir. Lakin, tərkibi elmi cəhətcə öyrənilməmişdir. Çılpaq sal daşların üzərindəki çatlara düşən toxum orada inkişaf edib cücərir. Bitkiyə yalnız daşlar üzərində rast gəlinir.

4.Qalib soğan (Allium viktorialis). Soğan-Alliaceae fəsiləsindəndir.

İkiillik-30-40 sm. hündürlükdə, soğanaqlı, kəskin sarımsaq iyli bitkidir. Kökümsovu uzunsov silindrikdir. 2-3 iri yarpağı olub may-iyunda çiçək açır. Yarpaqları vitamin "C" ilə zəngin olub (700 mq faiz) hətta itburnu meyvəsini üstələyir. Çox güclü fitonsid bakterisid xassəyə malikdir. Soğanaq isə yodla zəngindir.

Milli Parkın ərazisinə aid Gavdandərə Həsənbəy yaylağı adlı ərazilərdə xüsusi areallar əmələ gətirir.

Yerli əhalı tərəfindən may-iyun aylarında iştahaçıcı vitaminli bitki kimi qidada geniş istifadə olunur.

Duzlanmış şoraba şəklində isə, bütün ili qatıq ayranla birlikdə istifadə olunur. Yaz aylarında bazarda satılır. Yığılarkən, kökümsovu da bütöv qopduğu üçün, arealı getdikcə kiçilir.

5.Grossqeym süsəni (İris Grossheim). Süsən İridaseae fəsiləsindəndir. Çoxillik ot bitkisi olub üfüqi yerləşən, içərisi qırmızı-qonur rəngdə, yoğun kökümsova malik bitkidir. Yerüstü gövdəsi budaqsızdır. Yuxarısında yarpaqlar gödək, aşağıda yarpaqlar uzun, paralel damarcıqlıdır. Çiçək qrupu 3-8 çiçəkdən ibarət olub, uzun çiçək oxu üzərində yerləşmişdir. Meyvəsi üç gözlü qutucuqdan ibarətdir. Bitki may-iyun aylarında çiçəkləyir. Meyvələri iyul-avqust aylarında yetişir.

Milli Park ərazisində yalnız bir yerdə-Arçan kəndinə yaxın Buxaq adlı sahədə təsadüf edilmişdir. Arealı çox məhdud olduğu üçün qorunmağa ehtiyacı vardır. Dekorativ bitkidir.

Təbiətimiz, xüsusən bu nadir bitkilər qorunmalıdır. Qorunmasa, qayğı göstərilməsə yaxın gələcəkdə onların kökü kəsilə bilər.      

Rəhimbəy DƏmirov,

Azərbaycan Müəllimlər İnstitutu Quba filialının baş müəllimi, biologiya elmləri üzrə fəlsəfə doktoru