25 | 05 | 2017
Bölmələr
Axırıncı nömrə

Arxiv
Axtarış
Ən çox oxunanlar
Hava proqnozu
Ziyarətçilərimiz

free counters

“Çörək bol olarsa, basılmaz Vətən...”

 

 

 

Bu hikmətli kəlamın mənası odur ki, iqtisadiyyatı, əsasən kənd təsərrüfatı yüksək inkişaf etmiş ölkə qüdrətli olar, hamı onunla hesablaşar. Uzaqgörən siyasətçi, ulu öndər Heydər Əliyev kənd təsərrüfatının ümdə rolunu nəzərə alaraq 1995-ci ildə bu sahədə inqilabi dəyişikliyə imza atdı. Amma 1917-il inqilabının şüarının əksinə olaraq indi məqsəd belə qoyulmuşdu: “Sovxoz kolxozlar ləğv edilməli, onlara məxsus əmlak torpaq kəndlilərə qaytarılmalıdır"!

Həmin vaxtlar Qusar Rayon Kənd Təsərrüfatı Ərzaq İdarəsinin məsul əməkdaşı kimi görürdüm ki, çoxlu insanlar (hətta bu sahənin mütəxəssisləri) baş verənlərə inanmaq istəmirdilər: "necə yəni, böyük bir ferma binası, özü sovet dövləti tərəfindən tikilmiş, yaxud 5-10 hektar torpaq vətəndaşa (vətəndaşlara) əvəzsiz verilsin?".

Ümummilli liderin qətiyyəti sayəsində ümumxalq müzakirələrindən sonra nəhayət MDB məkanında ilk dəfə olaraq 1995-1996- illər 1997-ci ilin yanvar ayında aqrar islahatlara dair bir sıra qanun digər normativ hüquqi aktlar qəbul edildi.

Nəticədə Müstəqil Azərbaycanda kənd təsərrüfatının inkişafının I-ci mərhələsi - normativ hüquqi bazanın yaradılması prosesi başa çatdı.

II-ci mərhələdə torpaq əmlakın özəlləşdirilməsi həyata keçirildi. 18.000-ə yaxın ailəyə 48.000 hektardan yuxarı torpaq sahəsi, 123 taxılyığan kombaynı, 400-ə yaxın inzibati digər binalar, 700-ə yaxın traktor avtomobil, çoxlu sayda digər kənd təsərrüfatı maşın avadanlıqlar, həmçinin inventar pay almaq hüququ olanlara qaytarıldı.

III- mərhələdə kənd təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsinə başlanmışdır.

Kənd təsərrüfatının texnika, elit toxum, gübrə, cins mal-qara ilə təminatı məqsədi ilə aqrolizinq xidməti yaradılmış, əkin sahələrində kənd təsərrüfatı istehsalçıları tərəfindən istifadə etdikləri yanacağa görə dövlət büdcəsi hesabına vəsaitin, həmçinin yüksək reproduksiyalı toxum istehsalının dəstəklənməsi barədə hökümətin müvafiq qərarları qəbul edilmişdir.

Qeyd edilən mərhələyə 2007-ci ildən başlanmışdır. Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında sərəncamlara uyğun olaraq Qusar rayonunda 2012-ci ilin məhsulu üçün 01.12.2011-ci il vəziyyətinə mövcud 24852,1 hektar buğda sahəsinə görə 7288 nəfər kənd təsərrüfatı məhsulları istehsalçısına 994,1 min manat vəsait ödənilmiş, 01.06.2012-ci il tarixinə mövcud 39777,5 hektar sahəyə görə isə 9020 nəfərə 1590,7 min manat hesablanmış yaxın zamanda ödəniləcəkdir.

Görülmüş bütün bu işlərin nəticəsidir ki, kənd təsərrüfatı sahəsi rayonda dinamik inkişaf edir.

2012-ci ilin məhsulu üçün 33115 hektar payızlıq yazlıq taxıl əkilmişdir ki, bu da keçən ildəkindən 5586 hektar çoxdur. Bununla belə qeyd olunan sahədən 56213 ton taxıl götürülmüşdür ki, bu da keçən ilki rəqəmdən cəmi 580 ton çoxdur. Keçən ilin noyabr ayının əvvəlində çoxlu qar yağması havaların kəskin soyuması, cari ilin fevral-mart aylarında da uzunmüddətli şaxtalar, sonradan isə yağmursuz hava şəraiti xurma, qoz, üzüm, əncir ağaclarına məhsula təsir etməklə bərabər payızlıq taxılın da məhsuldarlığının aşağı düşməsinə səbəb olmuşdur.

İstehsal olunmuş taxılın 43828,5 tonu buğda, 12384,5 tonunu isə arpa təşkil edir. Məhsulun əksər hissəsi toxum üçün yararsızdır. Əkin sahələrinin 79,2 faizini payızlıq yazlıq dənlilər, 1,9 faizini yazlıq dənli paxlalılar, 5,65 faizini kartof, 2,7 faizini tərəvəz, 9,5 faizini çoxillik otlar 0,5 faizini isə sair bitkilər təşkil edir.

Əkinlərin 94,8 faizi əhalinin şəxsi təsərrüfatlarında, 0,7 faizi dövlət təsərrüfatlarında, 4,5 faizi qeyri-dövlət təsərrüfatlarında yerləşir. Cari ildə 2342 ha kartof, (keçən ilə nisbətən 165 hektar çox), 1112 ha tərəvəz (1 ha çox), 457 hektar dən üçün qarğıdalı (240 hektar çox) əkilmişdir.

01.08.2012-ci il tarixinə rayonlarda 282 hektar sahədən 2660 ton kartof, 315 hektar sahədən 4828 ton tərəvəz, 1296 ton meyvə yığılmışdır. Məhsul yığımı davam edir.

Qeyd olunanlarla yanaşı bir sıra təkliflərimi söyləmək istərdim. Əvvəla, kənd təsərrüfatı yalnız intensiv yolla inkişaf edə bilər. Bunun üçün ən yaxşı yol növbəli əkin sxeminin tətbiqidir. Torpağın müəyyən hissəsi dincə qoyulmalı, norma daxilində müvafiq gübrələr verilməklə payızlıq bitkilər əkilməlidir. Bunlardan əlavə taxılın gələcəkdə yaxşı məhsuldarlığı üçün sələf bitkiləri (lobya, yonca s.) əkilməlidir. Torpağın, əsasən əkin sahələrinin kor-koranə şəkildə yüklənməsinin heç bir effekti olmur.

İkincisi, təhlillər belə nəticəyə gəlməyə əsas verir: rayonda 33 min hektardan yuxarı yox, optimal şəkildə 23-27 min hektarda taxıl əkilməlidir ki, həmin sahədən 50 min tondan yuxarı taxıl götürülsün.

Hazırda kənd təsərrüfatının inkişafı III- mərhələdədir. Buna baxmayaraq kənd təsərrüfatında IV- mərhələyə - elmin son nailiyyətlərindən istifadə edilməsinə dünyanın yüksək inkişaf etmiş ölkələrinin təcrübəsinin tətbiqinə başlanmışdır.

Bütün kənd əməkçiləri bu mərhələdən yararlanmalı, mütəxəssis rəyləri ilə hesablaşmalı, torpağa qayğı ilə, elmi biliklərdən istifadə etməklə yanaşmalıdırlar. Yalnız bu halda yüksək məhsuldarlığa nail olmaq mümkündür.

Ruzumuz bol olsun!

Abdulkərim AŞUROV,

Qusar Rayon Statistika İdarəsinin rəisi