25 | 04 | 2017
Bölmələr
Axırıncı nömrə

Arxiv
Axtarış
Ən çox oxunanlar
Hava proqnozu
Ziyarətçilərimiz

free counters

Təbiət doğma evimiz, tükənməz sərvətimizdir

Təbiət aləmi elə bir dəyərli xəzinədir ki, adı çəkilərkən, hər kəs bu xəzinədən öz təbiətinə-əqidəsinə, fəaliyyətinə, həyat tərzinə müsbət enerji bağışlayan tərəfini seçir, özünə lazım olanını ordan götürür.Ona görə , ilk ifadəmizdə "təbiət dəyərli bir xəzinədir" cümləsini işlətdik. Təbiətə qarşı mənəvi baxışlarımızdan irəli gələn bu ifadəyə görə, biz heç vaxt yanılmamışıq.

     Təbiət- alimlərin yolunu işıqlandıran, bir çox elmlərin açarıdır. Bütün yaradıcı insanlara-alimə, jurnalistə, şairə, yazıçıya, bəstəkara, rəssama, müəllimə, həkimə, xalq sənətkarlarına da ilham təbiətdən gəlir.

Bir kimsə təbiətin müdrik gözəlliyini özündə hiss edib onun mənasaını dərk eləməyi bacarırsa, o insan həyatda dəyərli bir xəzinə sahibidir.

Təbiət-"təbabət","təbii", "təbib", "tibb", “təb.” sözlərinin kökünü əsaslandırır.

Maraqlana bilərsiniz, məni bu qədər təbiətə bağlayan, ümumilikdə özümü onda, onu isə özümdə hiss etdirən əsas səbəb nədir?   Bəli, məni qarşıda sevib seçdiyim, həyatda heç bir sənətə dəyişə bilməyəcəyim fəaliyyəti gözləyir.

Hazırda Sumqayıt Tibb Kollecinin tələbəsiyəm. Bizə elmin, sənətin sirlərini tədris edən müəllimlərimiz, təbiətimizin florası faunası haqqında o qədər maraqlı söhbətlər danışırlar ki, mən bu sənət yolumda özüm üçün çox şey əldə edə bilirəm. Dərman bitkilərini - hansı dərmanın hansı bitkidən hazırlandığını, həmin bitkilərin harada bitib onun necə əldə edildiyini eşidərkən, o saat qarşımda öz doğma yurdumuzu - Qusar rayonunu onun kəndlərini, çöllərini, çəmənlərini görürəm.

   Belə fikir verəndə görünür ki, dərman bitkilərinin doxsan beş faizi Qusar-Quba zonasında da bitir. Çaytikanı bitkisindən tutmuş, bağayarpağına qədər bütün bitkilərimiz şəfa dərmanlarının əsasını təşkil edir. Amma, bizlərdən bir çoxları bu məsələyə diqqətlə yanaşmırıq. Bir yerimiz ağrıyan kimi, biz o dəqiqə həkimə, sonra da aptekə qaçırıq. Halbuki, bizə vacib olan o dərman, gözümüzün qarşısında - meşədə, bağda, həyətdə ayağımızın altında bitib üzümüzə gülə-gülə durursa da, onugörmürük.”

   Əgər bizlərdən hər birimiz bu dəyərli sərvətdən istifadə edəriksə, həyatımızda sağlamlığımız hər şeydən öndə duracaq heç kəs , bir xırda nasazlıq baş verərkən, həkimin yanına qaçmaq məcburiyyətində olmayacaq. Amma bu bitkiləri yığarkən, yaxud yarpağını, çiçəyini yerdən üzüb götürərkən, həmişə ehtiyatlı olmağımız vacibdir. Ona görə ki, kökü ilə bərabər həmin bitkini yerdən qoparıb çıxarsaq, gələn il onun əvəzi görünməyəcək...

   Təkcə, bizi müdafiə edən dərman bitkilərinə görə yox, eləcə , hörmətli prezidentimiz cənab İlham Əliyevin dediyi kimi, milli sərvətimiz olan təbiətimizi göz bəbəyimiz kimi qoruyub saxlamaq bizim hamımızın ilkin vəzifə borcumuzdur.

Çalışaq hamımız

Təbiətdən ilham alaq.

qədər təbiət var,

Gözəllik var,həyat var!

Həyat yoxsa əgər,

Demək,.. sən yoxsan,

Mən yoxam!..

Sizin hamınıza can sağlığı, uzun ömür arzu edirəm!

   Rəna Qaçabəyova,

Sumqayıt Tibb Kollecinin   tələbəsi