21 | 11 | 2017
Bölmələr
Axırıncı nömrə

Arxiv
Axtarış
Ən çox oxunanlar
Hava proqnozu
Ziyarətçilərimiz

free counters

Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasovun rayon qadınlarına bayram təbriki

Əziz qadınlar, hörmətli ana və bacılarımız!   Sizi, bütün Azərbaycan qadınlarını Beynəlxalq qadınlar günü münasibətilə səmimi qəlbdən təbrik edir, hər birinizə cansağlığı, xoşbəxtlik və işlərinizdə müvəffəqiyyətlər arzulayıram.

Biz hamımız dinamik inkişaf edən ölkəmizin irimiqyaslı iqtisadi layihələrin iştirakçısı kimi əldə etdiyi yüksək göstəricilərlə haqlı olaraq fəxr edirik. Bu tərəqqinin bəhrələri respublikamızın hər bir guşəsində, eləcə də Qusarda özünü aydın hiss etdirir. Həmin nailiyyətlərdə Sizin-dəyanətli Azərbaycan qadınlarının böyük rolu danılmazdır.  

Azərbaycan qadını tarixin ağır sınaqlarından həmişə alnıaçıq, üzüağ, böyük zəfərlərlə çıxmışdır. Tarixi vərəqlədikcə bir-birindən fərqli, çoxlu sayda qəhrəmanlıq salnamələrinə şahidlik etmək olar. O salnamələrdə Azərbaycan qadını diplomatdır, haqq-ədalət uğrunda döyüşən ərlərinin yaxın silahdaşıdır, mədəniyyət, incəsənət, elm xadimidir,ən ümdəsi övladlarının yolunda sözün həqiqi mənasında ömrünü şam kimi əridən fədaidir.

 

Bütün dünya qadınlarını həmrəyliyə səsləyən bu tarixi gün artıq bir əsrdən çoxdur ki, bəşəriyyət tərəfindən böyük təntənə ilə qeyd edilir. Müstəqil dövlətimizdə də qadınlarımızın problemlərinə diqqət və qayğı ilə yanaşılmışdır.

Ümummilli liderimiz Heydər Əliyevin "Azərbaycanda qadınlarımızın rolunun artırılması haqqında" 1998-ci il tarixli sərəncamı, "Azərbaycan Respublikasının Qadın problemləri üzrə Dövlət Komitəsinin yaradılması haqqında" 14 yanvar 1998-ci il tarixli, həmçinin "Azərbaycan Respublikasının Dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında" 6 mart 2000-ci il tarixli fərmanları yürüdülən qadın siyasətinin əsasını təşkil etməklə yanaşı, ölkə qadınlarına göstərilən qayğının ən gözəl təzahürüdür.

Azərbaycan qadını müstəqillik qazanmış ölkəmizdə siyasi, ictimai, iqtisadi, mədəni proseslərdə yaxından iştirak edir, hüquqi demokratik dövlət, vətəndaş cəmiyyəti quruculuğunun reallaşmasında xidmətlər göstərir. Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın xidmətləri xüsusi vurğulanmalıdır. Heydər Əliyev Fondu ölkəmizdə elmin, təhsilin, mədəniyyətin inkişafı, sosial problemlərin həlli naminə gördüyü işlərlə yanaşı, gender problemlərinin, qadınlara qarşı bütün zorakılıqların, ənənəvi Azərbaycan ailəsinə zidd olan stereotiplərin aradan qaldırılmasına xüsusi diqqət yetirir.

Qədəm qoyduğumuz il ölkəmizin həyatında mühüm hadisələrlə zəngin olacaqdır. Mayda ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi qeyd ediləcəkdir. "Qadınlar cəmiyyətin aparıcı qüvvəsinə çevrilməlidir", deyən ulu öndər öz fəaliyyətində qadınların fəal rolunu hər zaman yüksək dəyərləndirmişdir. Ürəkdən inanıram ki, siz bu ilin payızında keçiriləcək prezident seçkisində yüksək siyasi sayıqlıq və fəallıq nümayiş etdirəcək, Azərbaycanımızı işıqlı, firavan gələcəyə apara bilən insanı dəstəkləyəcəksiniz.

Sizi bir daha yazın ilk, möhtəşəm bayramı, 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi qəlbdən təbrik edir, hamınıza səadət və xoşbəxtlik, firavan həyat diləyir, Sizin simanızda bütün Azərbaycan və dünya qadınlarına açıq səma, əbədi sülh və əmin-amanlıq arzulayıram!