23 | 07 | 2017
Bölmələr
Axırıncı nömrə

Arxiv
Axtarış
Ən çox oxunanlar
Hava proqnozu
Ziyarətçilərimiz

free counters

“Qusar” qəzetinin 80 illik yubileyinin keçirilməsi haqqında Qusar Rayon İcra Hakimiyyəti başçısının sərəncamı

Azərbaycan milli mətbuatında özünəməxsus yeri olan “Qusar” qəzetinin ilk sayının işıq üzü görməsindən 80 il ötür. İlk dəfə 1932-ci ildə rayon partiya təşkilatı və icraiyyə komitəsinin orqanı kimi "Sosializm tempi" adı ilə çap edilən qəzet Qusar rayonunun mədəni-siyasi həyatında əlamətdar hadisə olub. Siyasi quruluşlar və adlar dəyişsə də, rayon qəzeti həyatın nəbzini tutmaqla zamanın xronikasını yaratmağa, əhalinin savadlanmasına, maariflənməsinə yardımçı olmuşdur.

 Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra fəaliyyətində ciddi dönüş yaradan "Qusar" qəzeti demokratiya və söz azadlığının imkanlarından bəhrələnməklə rayonda, ölkədə və dünyada baş verən yeniliklər barədə oxuculara doğru-dürüst məlumat verməyə, bununla yanaşı dövlətçilik prinsipinə daim sadiq qalmağa çalışmışdır.

 Qusar rayonunun ictimai-siyasi həyatında, müasir vətəndaş cəmiyyəti quruculuğunda "Qusar" qəzetinin rolunu nəzərə alaraq qərara alıram :

 1.2012-ci ilin sentyabr ayında "Qusar" qəzetinin 80 illik yubileyi təntənəli şəkildə qeyd olunsun.

  2."Qusar" qəzetinin 80 illik yubileyinin keçirilməsinə dair tədbirlər planı təsdiq edilsin. (əlavə olunur).

 3.Sərəncamın icrasına nəzarət RİH başçısınin təhsil, səhiyyə və mədəniyyət üzrə müavini Elman Mustafayevə həvalə edilsin.

 Şair ALXASOV,

 Qusar Rayon İcra

 Hakimiyyətinin başçısı

27 iyul 2012-ci il.