15 | 12 | 2017
Bölmələr
Axırıncı nömrə

Arxiv
Axtarış
Ən çox oxunanlar
Hava proqnozu
Ziyarətçilərimiz

free counters

YAP-ın 25 illiyi tənətənə ilə keçirildi

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır. Bu fikirlər YAP-ın yaranmasının 25 illiyi ilə əlaqədar partiyanın Qusar Rayon Təşkilatının keçirdiyi yubiley mərasimində səsələnib.

Mərasim iştirakçıları əvvəl əvvəl ulu öndər Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsi önünə gül dəstələri qoymuşlar. 25 il bundan öncə məhz onun təşəbbüsü ilə fəaliyyətə başlayan partiya bu gün də yorulmadan Azərbaycan xalqının müstəqilliyi, rifahı və xoşbəxtliyi yolunda fəaliyyət göstərir.

Rayon mədəniyyət mərkəzində keçirilən tənətənəli yubiley mərasimində məruzə ilə çıxış edən YAP Siyasi Şurasının üzvü, partiyanın rayon təşkilatının sədri David İbramxəlilov ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə təsis olunan YAP-ın ölkəmizin ictimai-siyasi həyatında, xalqımızın müstəqilliyin itirilməsi təhlükəsindən xilas olunmasında və respublikamızın dinamik inkişaf yoluna çıxarılmasında rolunu yüksək qiymətləndirib:

-Yeni Azərbaycan Partiyası Qusar Rayon Təşkilatı partiyamızın öncül dəstələrindən biridir. Partiyanın yarandığı ilk aylarından formalaşan təşkilatımızın yeniazərbaycançıları dahi şəxsiyyət, təkrarolunmaz lider Heydər Əliyevin ideyalarının ən yaxın tərəfdaşları olduğunu sübut etmişlər. Ötən 25 ildə təşkilatımız inkişaf etmiş, tərkibcə daha da formalaşmış, rayonun ictimai-siyasi həyatında fəallığı ilə seçilmişdir. Təşkilatımızın 5975 nəfər üzvü rayonun sosial-iqtisadi inkişafı istiqamətində aparılan tədbirlərdə rayon rəhbərliyinin ən yaxın köməkçiləri olmuşdur.

Cəmiyyətin bütün təbəqələrini, zümrələrini və demoqrafik qruplarını təmsil edən partiya yaranmasının 25-ci ildönümünü möhtəşəm qələbələr, uğurlar, nailiyyətlər tarixi kimi qeyd edir. Sıralarında gənclərin xüsusi çəkisi yüksək dinamika ilə artması, ləyaqətli Azərbaycan qadınlarının onun cərgələrində böyük sayda təmsil olunması bizi sevindirir.

Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov mərasimdəki çıxışında partiyanın yaranmasının ilk illərində yaşadığı maneələrdən danışmışdır. O qeyd etmişdir ki, xalqımız ölkənin ağır dövrdən çıxarılmasının yeganə yolunu Heydər Əliyevin hakimiyyətə gəlməsində görürdü. Bu məqsədlə ziyalıların xalqımız adından Heydər Əliyevə müraciət ünvanlaması xalqın iradəsini göstərdi. YAP ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanın müstəqilliynin bərpasını həyata keçirdi.

Partiyanın rayon təşkilatının ötən 25 ildəki fəaliyyətinin qənaətbəxş olduğunu vurğulayan icra başçısı YAP-a yeni üzvlərin, xüsusən gənclərin cəlb olunması istiqamətində geniş təbliğat işinin aparılmasının, ulu öndər Heydər Əliyevin ideyalarının, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində əldə olunan uğurların təbliğində partiyanın hər bir üzvünün fəal iştirak etməsinin vacibliyini diqqətə çatdırıb.

Milli Məclisin deputatı Azər Badamov yubiley mərasimində çıxış edərək Partiyanın sədri, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın sürətlə inkişaf edərək mühüm nailiyyətlər qazandığını, üzvlərinin sayı 700 minə çatan YAP-ın ölkədaxili bütün proseslərdə mühüm rol oynadığını bildirib. Millət vəkili diqqətə çatdırıb ki, bu gün YAP böyük ictimai-siyasi qüvvə olmaqla yanaşı, regionun ən böyük və qüdrətli partiyasıdır. Partiyanın avanqard qüvvələrindən olan YAP Qusar Rayon Təşkilatının üzvləri də ictimai-siyasi proseslərdə fəal iştirak edirlər.

Tədbirin sonunda partiya veteranlarının və fəallarının bir qrupuna fəxri fərman və hədiyyələr, bu siyasi təşkilatın cərgələrinə yeni qəbul olunanlara üzvlük vəsiqələri verilmişdir.