15 | 12 | 2017
Bölmələr
Axırıncı nömrə

Arxiv
Axtarış
Ən çox oxunanlar
Hava proqnozu
Ziyarətçilərimiz

free counters

Vətən sevgisi Vətəni tanımaqdan başlanır

Qusar Rayon İcra Hakimiyyətində "Ölkəmizi tanıyaq" tur-aksiyası çərçivəsində Qəbələ-Şəki-Zaqatala rayonlarına səfər edəcək məktəblilər, onların valideynləri və müəllimləri ilə görüş keçirilib.

Görüşdə çıxış edən Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov uşaqlara, valideynlərə və müəllimlərə tövsiyələrini bildirərək qeyd etmişdir ki, Prezident İlham Əliyevin bu təşəbbüsünün millətimizin, xalqımızın gələcəyi olan bu məktəblilərin Vətənə məhəbbətinin güclənməsinə son dərəcə böyük təsiri var:

-Çox gəzən-çox bilər,-deyiblər. Sizin bəxtinizə ölkənin ayrı-ayrı regionlarını gəzmək, tanımaq, öyrənmək səadəti düşüb. Dünənə qədər, Naxçıvanı, Ordubadı, Gəncəni, Şəkini, Lənkəranı görməyi xəyallarına belə gətirməyən bir çox şagirdlərimizin indi bu bölgələrin hər birində öz dostları var.

Yenə səfər ərəfəsindəsiniz. Qəbələ-Şəki-Zaqatala rayonlarına gedəcəksiniz. Oralar Vətənimizin dilbər guşələridir. Sadəcə “getdim, gördüm, qayıtdım”- istəyi kifayət deyil. Görün oralarda nə yeniliklər, görüb -götürməli işlər var. Bu səfərlər sizə ölkəmizi daha yaxşı tanımağa, sevməyə imkan yaradacaq. Çünki Vətən sevgisi Vətəni tanımaqdan başlanır.

Rayon təhsil şöbəsinin müdiri Niftəli Fərzəliyev çıxışında bildirdi ki, bu tur-aksiyalardan sonra orta məktəbdə təhsil alan uşaqlar arasında çox sağlam bir rəqabət mühiti yaranıb. Hamı yaxşı, əla qiymətlərlə oxuyub bu tur-aksiyanın iştirakçısı olmağa səy göstərir. Bununla da tur-aksiyaların təhsilimizin keyfiyyətinin yüksəlməsinə, uşaqların təhsilə maraqlarının artmasına böyük təsiri olub. Uşaqların hər biri yaxşı bilir ki, bu tur-aksiyalar zamanı regionlar arasında müxtəlif intellektual yarışlar keçirilir və onlar bu yarışlarda təmsil etdikləri rayonun adını doğrultmalıdırlar.

Həsənqala kənd orta məktəbinin müəllimi Rəna Sultanova tur-aksiyanın təşkilinə görə dövlətimizin başçısına minnətdarlıq edərək deyib:

-Ulu öndər Heydər Əliyev xalqımızın gələcəyi olan uşaqlara daim diqqət və qayğı göstərib və bu gün uşaqlar Prezident İlham Əliyevin qayğısı sayəsində hərtərəfli inkişaf etmək, Vətənə layiqli vətəndaş kimi yetişmək üçün hər cür imkan əldə ediblər. Şagirdlərimiz üçün Azərbaycanın müxtəlif bölgələrinə maarifləndirici tur-aksiyaların təşkili də bunun bariz nümunəsidir.

Tur-aksiya iştirakçısı, şəhər 1 saylı məktəbin şagirdi Elnurə Cavadova sevincini bu sözlərlə ifadə edib:

-Bu gün ölkəmizin çox böyük maraq doğuran gözəl guşələrindən birinə yola düşürük.Qəbələ-Şəki-Zaqatala rayonlarına gözəl təbiətə malik olduğunu, qədim tarixi abidələrlə zəngin olduğunu bilirəm. İndi bütün bunları öz gözlərimizlə görəcəyik. Bu layihə dövlətimizin başçısının biz gənclərə verdiyi dəyərin ifadəsidir.

Toplantıda iştirak edən müəllimlər, səfərə hazırlaşan məktəblilərin valideynləri gənclərin istirahətinin səmərəli və faydalı təşkil etdiklərinə görə ilk nöbədə dövlət başçısına, rayon icra hakimiyyətinə və digər təşkilatçılara təşəkkürlərini bildiriblər.

                                                                       ***

Noyabrın 16-da Heydər Əliyev Mərkəzinin qarşısında keçirilən yolasalma mərasimində Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov, rayon icra hakimiyyətinin, gənclər idarəsinin və təhsil şöbəsinin əməkdaşları ilə yanaşı, valideynlər də iştirak ediblər.

Tərkibində 40 məktəblinin və 5 nəzarətçinin olduğu qrup yola salanların xeyir-duası ilə onlar üçün ayrılmış xüsusi avtobuslara əyləşərək yola düşmüşdür.

Məktəblilərimiz dörd gün ərzində bölgənin mədəni-tarixi abidələri, müasir inkişafı ilə yaxından tanış olacaqlar.