15 | 12 | 2017
Bölmələr
Axırıncı nömrə

Arxiv
Axtarış
Ən çox oxunanlar
Hava proqnozu
Ziyarətçilərimiz

free counters

Mükafat sahibinə təqdim olundu

Xəbər verdiyimiz kimi bu il Dövlət Qulluqçularının Peşə Bayramı ərəfəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə dövlət qullugunda səmərəli fəaliyyətinə görə təltif olunanların sırasında Qusar Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elman Əkbər oğlu Mustafayev də var idi.

Əmək kollektivində onun layiq görüldüyü "Dövlət qulluğunda fərqlənməyə görə" medalının təqdim olunması mərasimi keçirilmişdir.

Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov yüksək mükafatı sahibinə təqdim etmiş, ona cansağlığı, məsuliyyətli işində yeni uğurlar diləmişdir:-Siz 2000-ci ildən Qusar Rayon İcra Hakimiyyətində çalışırsınız. Referentlikdən şöbə müdirliyinə, RİH başçısının müavinliyinə yüksəlmisiniz. Layiq görüldüyünüz medal uzun illər səmərəli fəaliyyətinizə dövlət başçısı tərəfindən verilən yüksək qiymət, həm də böyük etimaddır. Ölkəmizin, rayonumuzun inkişafı dövlət qulluqçularının təşəbbüskarlığından, bacarığından, qabiliyyətindən, onların insanlara münasibətindən və vətəndaşlara qayğı göstərməsindən çox asılıdır. Burada ilk növbədə, vətəndaşların gündəlik problemlərinin həlli üçün şərait yaradılması, bilavasitə xalqla təmasda olan dövlət məmurlarının öz vəzifə borclarına məsuliyyətlə və vicdanla yanaşmaları, özlərinin cavabdehlik dərəcəsini dərk etmələri böyük rol oynayır. Siz gündəlik fəaliyyətinizdə bu prinsiplərə əməl etməyə, tapşırılan hər bir vəzifəni vaxtında, məsuliyyətlə yerinə yetirməyə çalışırsınız. İnanırıq ki, bu mükafat sizə qarşıdakı fəaliyyətinizdə də mühüm stimul olacaq, göstərilən etimadı layiqincə doğruldacaqsınız.

Çıxış edən Qusar Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elman Mustafayev fəaliyyətinə verilən yüksək qiymətə görə dövlət başçısı İlham Əliyevə, Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasova minnətdarlıq etmiş, ona həvalə olunmuş vəzifənin yerinə yetirilməsi üçün bundan sonra da məsuliyyətlə çalışacağını bildirmişdir.

Biz də bu təbriklərə qoşulur, Elman müəllimi ürəkdən təbrik etməklə ona tükənməz enerji, yeni uğurlar arzulayırıq.

“Qusar”