21 | 11 | 2017
Bölmələr
Axırıncı nömrə

Arxiv
Axtarış
Ən çox oxunanlar
Hava proqnozu
Ziyarətçilərimiz

free counters

Qusar Rayon İcra Hakimiyyəti başçısının sərəncamı

Qusar şəhəri ərazisində mövcud adsız

küçələrə adların verilməsi haqqında

Qusar Rayon İcra Hakimiyyəti başçısının

                 S Ə R Ə N C A M I

Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi rayon icra hakimiyyətinə müraciət edərək Qusar şəhərində mövcud adsız küçələrə ad verilməsini və yeni adlandırılmış nəqliyyat infrastrukturu obyektləri barədə məlumatların Komitəyə təqdim edilməsini xahiş etmişdir. Bundan əlavə Qusar şəhəri ərazisində hələ də milli-mənəvi ideoloji tələblərə uyğun gəlməyən küçə adlarına da rast gəlinir.

Yuxarıda qeyd olunanları, Əmlak Məsələləri Dövlət Komitəsinin 09 iyun 2017-ci il tarixli 179120904455 nömrəli məktubunu, “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci bəndinin 9-cu maddəsini rəhbər tutaraq qərara alıram:

1.Əmlak Məsələləri Dövlət Komitəsinin təqdim etdiyi, Qusar şəhərində mövcud 16 adsız küçəyə Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş şəxslərin adları verilsin:

K-1 saylı küçə -   Sultanov Zakir Əlihüseyn oğlu

K-2 saylı küçə -   Kamilov Şahin Şirvan oğlu

K-3 saylı küçə -   Bəbirov Calal Sərdar oğlu

K-4 saylı küçə -   Mühürov Səfər Zahir oğlu

K-5 saylı küçə - Eyvazov Xeyirbala Qeysəddin oğlu

K-6 saylı küçə -   Əlimuradov Əlimurad Mehyəddin oğlu

K-7 saylı küçə -   Xudaverdiyev Nəbi Şixhəmzə oğlu

K-8 saylı küçə -   Nəsirov Yasən Aslan oğlu

K-9 saylı küçə -   Sevziyev Tərlan Həkim oğlu

K-10 saylı küçə - Şahnəzərov Vahid Balaverdi oğlu

K-11 saylı küçə - Əliverdiyev Ceyhun Bağır oğlu

K-12 saylı küçə - Əliyev Əlipaşa Safalı oğlu

K-13 saylı küçə - Şəfiyev Elçin Məhəmmədrza oğlu

K-14 saylı küçə - İlyasov Qəmbər Həmzə oğlu

K-15 saylı küçə - Şeydabəyov Radik Sadirbəy oğlu

K-16 saylı küçə - Azayev Cahiddin Zöhrəbəy oğlu.

  1. Həmid Sultanov küçəsinin adı dəyişdirilərək həmin küçəyə şair, publisist, dramaturq Kələntər Şixkərim oğlu Kələntərlinin adı verilsin.
  2. Qusar Rayon İcra Hakimiyyəti başçısının 30 sentyabr 2016-cı il tarixli, 41 saylı sərəncamı ilə Mirzə Fətəli Axundovun adı verilmiş K-6 saylı küçənin adı dəyişdirilərək oraya Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş Camalov Adil Abdulmin oğlunun adı verilsin.
  3. Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Ə.Balabəyova və RİH başçısının Qusar Şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi N.Arazova tapşırılsın ki, sərəncamdan irəli gələn məsələləri həll etsin.
  4. Sərəncamın icrasına nəzarət RİH başçısının müavini İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elman Mustafayevə həvalə edilsin.                                                              

 Şair Alxasov,

Qusar Rayon İcra Hakimiyyətinin başçısı

 5 oktyabr 2017-ci il.