21 | 11 | 2017
Bölmələr
Axırıncı nömrə

Arxiv
Axtarış
Ən çox oxunanlar
Hava proqnozu
Ziyarətçilərimiz

free counters

Doqquz aylıq nəticələr və yeni vəzifələr müzakirə olundu

Oktyabrın 11-də Heydər Əliyev Mərkəzində keçirilən Qusar Rayon İcra Hakimiyyəti başçısı yanında şuranın geniş iclasında rayonun 2017-ci ilin doqquz ayının sosial-iqtisadi yekunlarına və qarşıda duran vəzifələrə həsr edilmiş hesabatı müzakirə olunmuşdur.

Yığıncağı Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov açaraq çıxışında əsas diqqəti oktyabrın 9-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan müşavirədə ölkə başçısının məruzəsindən irəli gələn və-zifələrə cəlb etmişdir: -Bu doqquz ayın ölkəmiz üçün uğurlu, iqtisadi göstəricilərimizin də çox müsbət olduğunu bildirən, qeyri-neft sektorunun 2,5 faiz, qeyri neft sənayesinin 3,1 faiz, kənd təsərrüfatının 2,8 faiz, xarici ticarət dövriyyəsinin 7 faiz artımını xüsusi vurğulayan ölkə rəhbəri çıxışında kənd təsərrüfatı texnikasının alınmasının, heyvandarlığın inkişafının, bölgələrdə logistik mərkəzlərin tikintisinin, istixanaların salınmasının, yeni aqroparkların yaradılmasının prioritet sahələr kimi daim diqqət mərkəzində saxlanmasının vacibliyindən danışmış, sənaye zonalarının yaradılmasına dair konkret tapşırılarını vermişdir. Dövlət başçısı həmçinin bu il iqtisadi islahatlarla bağlı çox ciddi addımların atıldığını da iclasda vurğulamış, strateji yol xəritələrinin icrası, sahibkarlığın inkişafı, investisiya təşviqi mexanizminin yaradılmasını yeni inkişaf istiqamətləri kimi dəyərləndirmişdir.   Qusar rayonunda 2017-ci ilin doqquz ayının sosial-iqtisadi yekunlarına və qarşıda duran vəzifələrə həsr edilmiş hesabatı RİH başçısının müavini Zoya Eldarova təqdim etmişdir. Qeyd edilmişdir ki, ölkədə aparılan iqtisadi siyasət Qusar rayonununda da iqtisadiyyatın inkişaf dinamikasının saxlanılmasına imkan vermişdir. Belə ki, hesabat dövründə rayonda əvvəlki ilin eyni dövrü ilə müqayisədə sənaye məhsulunun (işlərin, xidmətlərin) ümumu həcmi 77,5%, kənd təsərrüfatında ümumi məhsul istehsalı 1,3%, nəqliyyat sektorunda əldə olunan gəlirlər 4,6%, poçt və rabitə xidmətlərinin həcmi 8,1%, pərakəndə əmtəə dövriyyəsi 17,3%, əhaliyə göstərilən pullu xidmətlər 13,5% artmış, 897-si daimi olmaqla 1033 yeni iş yeri açılmışdır. Hesabat dövründə rayonun yerli gəlirlər proqnozu 115% (4383,3-5061,3) icra olunmuş, büdcəyə nəzərdə tutulduğundan 678 min manat çox vəsait daxil olmuşdur. Rayonun 9 aylıq yerli xərclərinin dəqiqləşdirilmiş proqnozu 5487,4 min manata qarşı 4558,9 min manat və ya 83,1% icra olunmuşdur. Rayonun aparıcı sahəsi olan kənd təsərrüfatının inkişaf etdirilməsindən danışan məruzəçi diqqətə çatdırmışdır ki, ötən ilin payız aylarında rayonda 2006 hektar, cari ilin yaz aylarında isə daha 117,2 hektar olmaqla cəmi 2123,2 hektar sahədə yeni fındıq bağları salınmışdır. Beləliklə 1 oktyabr tarixinə rayonda mövcud fındıq bağlarının sahəsi 5355 hektara çatmışdır ki, bu da 1 yanvar 2016-cı il tarixi ilə müqayisədə 2,2 dəfə artım deməkdir. Eləcə də fındıq bağlarının genişləndirilməsi, yeni fındıq bağlarının salınması üçün tədbirlər davam etdirilir. Kəndlərdə artıq yeni bağların salınmasına başlanılmışdır. Sahibkarlar fındıq bağları ilə yanaşı gilas, ərik, alma və digər meyvə bağlarının salınmasına diqqət yetirirlər. Rayonda 2016-cı ilin payızında 156 hektarda, 2017-ci ilin yazında isə 190 hektarda müxtəlif növ meyvə tingləri əkilmişdir. Hesabat məruzəsi ətrafında müzakirələrdə Qusar Təhsil Şöbəsinin müdiri Niftəli Fərzəliyev, Xaçmaz Regional Qaz İstismarı idarəsinin Qusar xidmət sahəsi üzrə rəis müavini Vüsal Seyidov,-Qusar rayon Enerji təchizatı idarəsinin rəisi İntiqam Babayev, Qusar Meşə Mühafizəsi və Bərpası müəssisəsinin direktoru Elnur Abdullayev    çıxış etmişlər. Hesabat yığıncağını yekunlaşdıraraq qarşıda duran vəzifələrlə əlaqədar tövsiyə və tapşırıqlarını verən Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov 2017-ci ilin doqquz ayında görülən işlərin nəticələrinə əsasən bu ilin respublikamızda olduğu kimi Qusar rayonu üçün də yüksək inkişaf ili olacağına əmin olduğunu bildirmiş, bu işdə hamıya müvəffəqiyyətlər arzulamışdır.