26 | 09 | 2017
Bölmələr
Axırıncı nömrə

Arxiv
Axtarış
Ən çox oxunanlar
Hava proqnozu
Ziyarətçilərimiz

free counters

Bağçılığın inkişafı təşviq olunur

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu növbəti işgüzar forumunu rayonumuzun Aşağı İmamqulukənd kəndində keçirdi.

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsini davam etdirir. Bu məqsədlə növbəti işgüzar forum sentyabrın 8-də rayonumuzun Aşağı İmamqulukənd kəndində keçirilib.

Forum çərçivəsində Qusar rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan intensiv bağçılıq, kartofçuluq, cins heyvandarlıq və arıçılıq təsərrüfatlarının, meyvə emalı, qablaşdırma materialı istehsalı müəssisəsi və otelin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib. Kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.

Forumun iştirakçılarını salamlayan Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov Azərbaycan Prezidenti cənab İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq, rayonda aqrar sahədə intensiv metodlar əsasında istehsalın genişləndirilməsi tədbirlərinin uğurla davam etdirildiyini, həyata keçirilən islahatlar nəticəsində artıq kənd təsərrüfatının ayrı-ayrı sahələri üzrə müsbət nəticələr əldə edildiyini söyləmişdir.

Müşavirənin əhəmiyyətini diqqətə çatdıran icra başçısı fermerlərin dövlət tərəfindən çoxşaxəli subsidiyalarla təmin edilməsinin kənd təsərrüfatı ilə məşğul olanların rifah halının yüksəldilməsinə, bir sıra strateji məhsullara olan tələbatın yerli istehsal hesabına tam ödənilməsinə, ölkənin ərzaq təhlükəsizliyində xarici bazardan asılılığın azalmasına, ixracyönümlü məhsulların istehsal həcmini artırmaqla regionların inkişafına şərait yaradıldığını deyib.

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev fondun fəaliyyəti və bu ilin ötən dövrü ərzində verilmiş güzəştli kreditlər hesabına həyata keçirilən layihələr barədə məlumat verərək bildirib ki, 2017-ci ilin ötən dövrü ərzində 1056 sahibkarlıq subyektinin ümumi dəyəri 267 milyon manat olan investisiya layihəsinin maliyyələşdirilməsinə 72,5 milyon manat güzəştli kredit verilib. Bu kreditlər hesabına maliyyələşdirilən layihələrin reallaşdırılması 3000-dən çox yeni iş yerinin açılmasına imkan yaradır.

İşgüzar forum çərçivəsində Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlara 226 min manat güzəştli kredit verilib.

Verilən kreditlər əsasən, heyvandarlıq, bağçılıq, mineral su istehsalı və s. sahələrin inkişafına yönəldiləcəkdir. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 40-a yaxın yeni iş yerinin açılmasına imkan yaradır.

Ümumilikdə, indiyəyək Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 2400-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 186,5 milyon manat güzəştli kredit (bugünkü tədbirdə verilən kreditlər də daxil olmaqla) verilib.

İşgüzar forum çərçivəsində Qusarda güzəştli kredit ayrılmış intensiv bağçılıq təsərrüfatına baxış keçirilib.

İqtisadiyyat Nazirliyinın Sahibkarlığa Kömək Milli Fondu tərəfindən indiyədək 1300-dən çox sahibkarın bağçılıq təsərrüfatlarının yaradılması ilə bağlı investisiya layihəsinin maliyyələşdirilməsinə 73 milyon manat güzəştli kredit verilib.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq, aqrar sahədə intensiv metodlar əsasında istehsalın genişləndirilməsi tədbirləri də hazırda uğurla davam etdirilir.