26 | 09 | 2017
Bölmələr
Axırıncı nömrə

Arxiv
Axtarış
Ən çox oxunanlar
Hava proqnozu
Ziyarətçilərimiz

free counters

Çingiz və onun kimi Vətən oğullarının xatirəsi qəlbimizdə daim yaşayacaq

Milli Qəhrəman Çingiz Qurbanovun adını daşıyan küçədə onun barelyefinin açılış mərasimi keçirilmişdir.

Prezident İlham Əliyevin Sərəncamına əsasən Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş Çingiz Qurbanovun adının əbədiləşdirilməsi istiqamətində doğulub boya-başa çatdığı Qusar rayonunda silsilə tədbirlər görülüb.

Qusar Rayon İcra Hakimiyyəti başçısının 14 fevral 2017-ci il tarixli sərəncamı ilə Qusar şəhərinin ən qaynar, uzunluğu 15 kilometrə yaxın olan küçəsinə Azərbaycanın Milli Qəhrəmanı Çingiz Salman oğlu Qurbanovun adı verilmişdir.

Avqustun 15-də Milli Qəhrəmanın adının əbədiləşdirilməsi yönündə növbəti tədbir-həmin küçənin görümlü yerində Çingiz Qurbanovun barelyefinin açılış mərasimi keçirilmişdir.

Qusar Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə qurulan xüsusi guşədə inşa edilən barelyefin açılış mərasimində rayon rəhbərliyi, Milli Qəhrəmanın valideynləri, ictimaiyyətin, gənclər təşkilatının nümayəndələri, məktəblilər iştirak etmişlər.

Öncə Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov və Milli Qəhrəmanın atası Salman Qurbanov barelyefin üzərindəki örtüyü götürmüşlər.

Mərasimdə çıxış edən Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov 2016-cı il dekabrın 29-da düşmənin kəşfiyyat qrupunun təxribat-pozuculuq fəaliyyətinin qarşısını alarkən baş vermiş döyüşdə şəhid olan Çingiz Qurbanovun qısa, şərəfli ömür yolu haqqında danışmış, onun göstərdiyi igidliyi ilə nəinki doğma kəndinin və Qusarın, bütün Azərbaycanın adını uca etdiyini söyləmişdir. Çingiz və onun kimi Vətən oğullarının xatirəsi qəlbimizdə daim yaşayacaq.

Milli Məclisin deputatı Azər Badamov çıxışında igid hərbçinin Azərbaycana baş ucalığı gətirən qəhrəmanlığı ilə hər bir qusarlının öyündüyünü, Çingiz Qurbanovun şücaətinin və əzminin bütün gənclərimizə gözəl nümunə olduğunu bildirmişdir.

Milli Qəhrəmanın atası Salman Qurbanov torpaqlarımızın azadlığı uğrunda canından keçən oğlu ilə fəxr etdiyini, övladının qisasının döyüş yoldaşları tərəfindən alınacağına əmin olduğunu deyib. O, oğlunun xatirəsinə bəslənilən hörmət və ehtirama, ailəsinə göstərilən qayğı və diqqətə görə Prezident İlham Əliyevə, Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasova, digər məsul qurum təmsilçilərinə minnətdarlıq etmişdir.

Mərasim iştirakçıları barelyefin önünə tər güllər düzərək Çingiz Qurbanovun, o cümlədən bütün şəhidlərimizin xatirəsini ehtiramla anıblar.