21 | 08 | 2017
Bölmələr
Axırıncı nömrə

Arxiv
Axtarış
Ən çox oxunanlar
Hava proqnozu
Ziyarətçilərimiz

free counters

Avqust müşavirəsi aqrar sahənin yüksəlişində yeni mərhələdir

Avqustun 9-da Heydər Əliyev mərkəzində Qax rayonunda baramaçılıq, tütünçülük və fındıqçılığın inkişafına həsr olunmuş respublika müşavirəsində Prezident İlham Əliyevin nitqindən irəli gələn vəzifələrlə bağlı Qusar Rayon İcra Hakimiyyətinin başçısı yanında şuranın geniş iclası keçirilib.

Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov respublika müşavirəsində dövlətimizin başçısının qarşıya qoyduğu vəzifələrlə bağlı məlumat verib. O bildirib ki, son illər iqtisadiyyatın qeyri-neft sektorunun inkişafına dövlət tərəfindən xüsusi diqqət və qayğı göstərilməsi Qusar rayonunda da bu istiqamətdə ciddi irəliləyişlərə səbəb olub.

Prezident İlham Əliyevin tapşırığına əsasən ötən ilin payızından etibarən rayonda yeni fındıq bağlarının salınması istiqamətində tədbirlər həyata keçirilir. Bununla əlaqədar rayon icra hakimiyyəti başçısının müvafiq sərəncamı ilə rayon qərargahı yaradılıb. Görülən işlər qərargah tərəfindən nəzarətdə saxlanılır və fındıq bağı salan istehsalçılara lazımi məsləhətlər verilir.

Ötən ilin payız aylarında rayonda 2006 hektar, cari ilin yaz aylarında isə daha 117,2 hektar olmaqla cəmi 2123,2 hektar sahədə yeni fındıq bağları salınmışdır. Beləliklə rayonda mövcud fındıq bağlarının sahəsi 5355 hektara çatmışdır ki, bu da 2,2 dəfə artım deməkdir.

Sahibkarlar tərəfindən fındıq bağları ilə yanaşı gilas, ərik, alma və digər meyvə bağları salınır. Rayonda 2016-cı ilin payızında 156 hektar, 2017-ci ilin yazında isə 190 hektar müxtəlif növ meyvə bağları əkilmişdir.

Rayonda fındıqçılığın inkişaf etdirilməsi istiqamətində planlı iş aparıldığını diqqətə çatdıran icra başçısı dağətəyi və aran zonalarında yeni fındıqlıqların salınmasına, müasir fındıqtəmizləmə müəssisəsinin inşasına hazırlıq görüldüyünü söyləmişdir. Yerli fermerlər, bələdiyyə qurumları bu işə ciddi yanaşmalı, hektar xətrinə deyil, gələcəkdə bol məhsul götürmək naminə səylərini birləşdirməlidirlər. Bunun üçün artıq kol-kos basıb meşəliyə çevrilməkdə olan, istifadə olunmayan torpaqlar əkin dövriyyəsinə qaytarılmalı, buralarda rayonun iqlim şəraitinə uyğun, məhsuldar növ tinglər əkilməlidir.

Şura iclasında rayon kənd təsərrüfatı idarəsinin rəisi Elşad Əlimuradov, Mucuq Bələdiyyəsinin sədri Tahirə Kazımova, RİHB-in Əcəxür Ərazi Dairəsi üzrə nümayəndəsi Qazıxan Səlimxanov, Yuxarı Kalunxür Ərazi Dairəsi üzrə nümayəndəsi Asəf Maxsudov, yuxarızeyxürlü sahibkar Tural Mustafayev və başqaları çıxış edərək, rəhbərlik etdikləri sahələr və təsərrüfatlar üzrə görülmüş işlər barədə məlumat veriblər.

Vurğulanıb ki, respublika müşavirəsində Prezident İlham Əliyevin qarşıya qoyduğu bütün vəzifələr Qusar rayonunda uğurla yerinə yetiriləcək, bu işə özəl sektor, fermerlər, kəndli təsərrüfatları cəlb olunacaq və kənd təsərrüfatının ənənəvi sahələrinin inkişafı təmin ediləcək.

.