23 | 07 | 2017
Bölmələr
Axırıncı nömrə

Arxiv
Axtarış
Ən çox oxunanlar
Hava proqnozu
Ziyarətçilərimiz

free counters

Milli Qurtuluş Günü qeyd edildi

Milli Qurtuluş Günü ulu öndər Heydər Əliyevin ölkəmizin dərin ictimai-siyasi və iqtisadi böhrandan çıxarılmasında, vətəndaş müharibəsinin qarşısının alınmasında, müstəqilliyimizin qorunub möhkəmləndirilməsində, dövlətimizin bütün sahələrdə uğurlar qazanmasında, beynəlxalq aləmə sürətli inteqrasiyasında və tanıdılmasında müstəsna xidmətləri kimi qiymətləndirilərək hər il geniş qeyd olunur.

Tədbir iştirakçıları əvvəlcə mərkəzdəki meydanda ulu öndərin əzəmətli abidəsi önünə gül dəstələri qoymaqla xatirəsinə sonsuz ehtiramlarını bildirmişlər.

Mərkəzin iclas salonunda keçirilən təntənəli mərasimdə çıxış edən Qusar RİH başçısının birinci müavini Şahid Fərəməzov vurğulamışdır ki, Azərbaycanın yeni tarixinin bütöv bir mərhələsi XX əsrin böyük dövlət xadimi, Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin adı ilə bağlıdır. Mərhum prezidentin adı xalqın simvoluna, əməlləri isə şəxsi hünər rəmzinə çevrilmiş, həyat və fəaliyyəti doğma xalqa və torpağa məhəbbət, sədaqət meyarı olmuşdur.

Natiq vurğulamışdır ki, Heydər Əliyevin 1993-cü il iyunun 15-də ölkənin ali qanunvericilik orqanına sədr seçilməsi sözün əsl mənasında siyasi qayıdış idi. Bu parlaq dühanın xilaskarlıq missiyası nəticəsində Azərbaycan dünyanın siyasi xəritəsindən silinmək təhlükəsindən, Xalq Cümhuriyyətinin acı taleyini yaşamaq aqibətindən qurtuldu. Heydər Əliyevin müdrikliyi, uzaqgörənliyi, qətiyyəti və dövlətçilik istedadı sayəsində Azərbaycan tezliklə təlatümlərdən, sarsıntılardan uğurla çıxaraq gələcəyə inamla baxan bir dövlətə çevrildi.

Sonra dahi öndərin həyat və ictimai fəaliyyətindən bəhs edilən sənədli film nümayiş etdirilmişdir.