24 | 09 | 2017
Bölmələr
Axırıncı nömrə

Arxiv
Axtarış
Ən çox oxunanlar
Hava proqnozu
Ziyarətçilərimiz

free counters

Nüfuzu əməli fəaliyyəti ilə qazanan partiya

Yeni Azərbaycan Partiyası Qusar Rayon Təşkilatının IX konfransı keçirildi.

Mayın 22-də Qusar Rayon Mədəniyyət Mərkəzinin iclas zalında keçirilən bu konfransın iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə tər-gül dəstələri düzüblər.

Konfransda rayon təşkilatının sədri David İbramxəlilov hesabat dövründə təşkilatın gördüyü işlərə dair məruzə ilə çıxış emişdir. Hesabat dövründə rayon təşkilatının sıralarının 1047 nəfər artaraq 5869 nəfər təşkil etdiyi bildirilmişdir.

Ölkədə həyata keçirilən uğurlu siyasətdən danışan rayon təşkilatının sədri bu naliyyətlərdə Yeni Azərbaycan Partiyası fəallarının da payı olduğunu diqqətə çatdır-mışdır.

Təşkilatın nəzarət-təftiş qrupunun sədri İkram Tumarxanov məruzəsində rayon təşkilatının maliyyə işləri barəsində konfrans iştirakçılarına geniş məlumat ver- mişdir.

Hesabat məruzəsi ətrafında çıxış edən YAP Qusar Rayon Təşkilatının şura üzvləri Niftəli Fərzəliyev və Neva Abdurahmanova Yeni Azərbaycan Partiyasının ölkəmizdə elm və təhsilə, səhiyyəyə, idman və turizmin inkişafına verdiyi töhfələrdən danışmaqla bərabər rayon təşkilatının hesabat dövründəki fəaliyyətini qənaətbəxş hesab ediblər.

Konfransda çıxış edən Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Bakı Dövlət Universitetinin rektoru akademik Abel Məhərrəmov bildirib ki, YAP cəmiyyətdə böyük nüfuza sahib olan partiyadır. O, YAP-ın və müasir Azərbaycan dövlətinin qurucusu, ölkəmizi məhv olmaq təhlükəsindən xilas etmiş ulu öndər Heydər Əliyevin misilsiz tarixi xidmətlərinə nəzər salaraq 1992-ci ildə Yeni Azərbaycan Partiyasının yaradılmasının dövlətimizin tarixində mühüm əhəmiyyət kəsb edən hadisələrdən biri olduğunu diqqətə çatdırmış, ümummilli lider Heydər Əliyevin siyasi kursunun bu gün Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulamışdır.

Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov, Milli Məclisin deputatı Azər Badamov YAP-ın həyata keçirdiyi siyasətdən və qarşıda duran mühüm vəzifələrdən geniş bəhs ediblər.

Daha sonra təşkilati məsələlərə baxılmışdır. YAP Qusar Rayon Təşkilatının 31 nəfərdən ibarət şurası, 15 nəfərdən ibarət idarə heyəti və 5 nəfərdən ibarət nəzarət təftiş qrupu seçilmişdir.

David İbramxəlilov yenidən YAP Qusar Rayon Təşkilatının sədri seçilmişdir.

Konfransın işində Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatın məsul işçisi Araz Xudadanov iştirak etmişdir.              

“Qusar”