25 | 05 | 2017
Bölmələr
Axırıncı nömrə

Arxiv
Axtarış
Ən çox oxunanlar
Hava proqnozu
Ziyarətçilərimiz

free counters

ONUN İDEYALARI, SİYASİ İRSİ ƏBƏDİ YAŞAYACAQ

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə bağlı silsilə tədbirlər

Mayın 10-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə bağlı Qusar RİH aparatının, YAP rayon fəallarının, hüquq-mühafizə orqanları əməkdaşlarının, müəssisə və təşkilat, ümumtəhsil məktəbləri, mədəni-maarif müəssisələri işçilərinin iştirakı ilə təntənəli mərasim keçirildi.

Ulu öndərin rayon mərkəzindəki heykəlinin önünə gül dəstələri qoyuldu, ümummilli lider böyük ehtiramla yad edildi.

Mərasim iştirakçıları qarşısında çıxış edən Qusar RİH-nin başçısı Şair Alxasov dahi liderin həyat və fəaliyyəti haqqında danışmış, müstəqil Azərbaycanımızın memarı, qurucusu və xilaskarının ölkəmizin tarixində əvəzsiz xidmətlərindən, ölkənin daxilində vətəndaş müharibəsinin qarşısını almasından, bü gün sürətlə davam edən Azərbaycanın inkişafı üçün qoyduğu bünövrədən söhbət açmışdır.

Natiq qeyd etmişdir ki, Azərbaycan cəmiyyətinin bütün sahələrinin inkişafında, dövlətçiliyin möhkəmlənməsində, o cümlədən milli-mənəvi dəyərlərimizin qorunub saxlanmasında misilsiz rol oynamış Heydər Əlirza oğlu Əliyev dövlətçilik tariximizdə özünəməxsus yer tutan nadir şəxsiyyətlərdəndir. Onun zəngin irsi hələ uzun müddət siyasətçilərin, filosofların, tarixçilərin və tədqiqatçıların diqqət mərkəzində olacaqdır. Heydər Əliyev elə bir dühadır ki, onun haqqında nə danışmaqla, nə yazmaqla sonsuzluğa belə çatmaq olmaz. Artıq aramızda olmasa da o, hər zaman xatırlanır, xatırlanacaq və hər kəsin qəlbində yaşayacaqdır.

Onun ideyaları, siyasi irsi, yaratdığı dövlətçilik məktəbi, ulu öndərin şah əsəri olan, uğrunda mübarizə apardığı, xilas etdiyi müstəqil və demokratik Azərbaycan inkişaf edir, yeni-yeni uğurlar qazanır, Azərbaycan xalqı təhlükəsizlik şəraitində, rifah içində yaşayır.

Bu gün ulu Öndərin daxili və xarici siyasətinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdıran rayon rəhbəri son illərdə ölkəmizin iqtisadi qüdrətinin yüksəldiyini və möhkəmləndiyini xüsusi qeyd etmişdir.

Qusar Uşaq İncəsənət Məktəbi və şəhər 1 saylı orta məktəbi şagirdlərinin ifalarında səslənən musiqi əsərləri və şeirlər maraqla dinlənilmişdir.