25 | 04 | 2017
Bölmələr
Axırıncı nömrə

Arxiv
Axtarış
Ən çox oxunanlar
Hava proqnozu
Ziyarətçilərimiz

free counters

BİRİNCİ RÜBÜN YEKUNLARI TƏHLİL EDİLDİ

Qusar Rayon İcra Hakimiyyətində RİH başçısı yanında şuranın növbəti iclasında 2017-ci ilin birinci rübünün sosial-iqtisadi sahədə inkişafın yekunları və qarşıda duran vəzifələr müzakirə edilmişdir.

Hesabatda diqqət aprelin 10-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda dövlət başçısının nitqlərində irəli sürülən tezislərə yönəldilmişdir:2017-ci ilin birinci rübünün yekunları onu göstərir ki, Azərbaycan iqtisadiyyatı çox dinamik şəkildə inkişaf edir. Cənab Prezident bəzi rəqəmləri ictimaiyyətin diqqətinə çatdıraraq bildirmişdir ki, bu rəqəmlər mövcud iqtisadi vəziyyətimizi hər şeydən yaxşı əks etdirir. İqtisadiyyatımızın əsas göstəriciləri qeyri-neft sektorunun, qeyri-neft sənayesinin və kənd təsərrüfatının inkişafını göstərir. İqtisadiyyatın qeyri-neft sektoru 1-ci rübdə 2,4 faiz, qeyri-neft sənayemiz 2 faiz, kənd təsərrüfatı 3,5 faiz artmışdır. Bu onu göstərir ki, görülən işlər, ciddi islahatlar, investisiyalar artıq öz nəticələrini verir. Neftin qiymətinin kəskin aşağı düşməsinə baxmayaraq keçən ildə valyuta ehtiyatlarımızı qoruya bilmişik. Bu ilin birinci rübündə bizim valyuta ehtiyatlarımız 1 milyard dollar artaraq 38,5 milyard dollara çatmışdır.

Bu ilin üç ayında ticarət dövriyyəsi 15 faiz, ixrac təxminən 50 faiz artmışdır. Sevindirici hal ondan ibarətdir ki, qeyri-neft məhsullarının ixracı təqribən 10 faiz artmışdır, idxal isə 17 faiz azalmışdır. İdxalın azalması, ixracın kəskin artması bizim iqtisadi sabitliyimizi təmin edir. Ancaq birinci rübdə ticarət dövriyyəmizin müsbət saldosu 1 milyard dollar səviyyəsində olmuşdur.

Dövlətimizin başçısı iclasda yekun nitq söyləmiş və bildirmişdir ki, 2017-ci il yaxşı başlayıb, yaxşı nəticələr vardır. Çalışmalıyıq ki, il ərzində bu dinamikanı saxlayaq və 2017-ci ili də uğurla başa vuraq.

2017-ci ilin birinci rübündə Qusar rayonunun sosial-iqtisadi inkişafının yekunları haqqında hesabatı yığıncaq iştirakçılarına təqdim edən məruzəçi bildirmişdir ki, həyata keçirilən tədbirlər rayon iqtisadiyyatının inkişafını əks etdirən bir sıra makroiqtisadi göstəricilərdə artım dinamikasının saxlanılmasına imkan vermişdir. Belə ki, hesabat dövründə rayonda 31742,9 min manat dəyərində ümumdaxili məhsul istehsal olunmuşdur ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 22,7 % çoxdur. Həmçinin bu dövrdə əvvəlki ilin eyni dövrü ilə müqayisədə sənaye məhsulunun (işlərin, xidmətlərin) ümumu həcmi 73,8%, əsas kapitala yönəldilən investisiyalar 80,6% kənd təsərrüfatında ümumi məhsul istehsalı 10,3%, nəqliyyat sektorunda əldə olunan gəlirlər 2,5%, poçt və rabitə xidmətlərinin həcmi 9,9%, pərakəndə əmtəə dövriyyəsi 11,3%, əhaliyə göstərilən pullu xidmətlər 17,4 artmış, 451 yeni iş yeri açılmış, rayonun yerli gəlirlər proqnozu 114,3% icra olunmuşdur.

Məruzədə rayonun aparıcı sahəsi olan kənd təsərrüfatının inkişafının dəstəklənməsi üçün görülən tədbirlərə və bunun müqabilində əldə olunan göstəricilərə toxunulmuşdur:Rayonun aparıcı sahəsi olan kənd təsərrüfatının, xüsusilə bağçılığın inkişaf etdirilməsi ilə bağlı rayon qərargahı yaradılmış, tədbirlər planı təsdiq edilmiş və mövcud fındıq bağlarının sahəsinin 2 dəfədən çox artırılması qarşıya məqsəd qoyulmuşdur. Aparılan tədbirlər sahəsində ötən ilin payız aylarında rayonda 2006 hektar, cari ilin yanvar-mart aylarında isə daha 117,2 hektar olmaqla cəmi 2123,2 hektar sahədə yeni fındıq bağları salınmışdır. Beləliklə 1 aprel tarixinə rayonda mövcud fındıq bağlarının sahəsi 5225 hektara çatmışdır ki, bu da 1 yanvar 2016-cı il tarixi ilə müqayisədə 2,2 dəfə artım deməkdir.

Sahibkarlar tərəfindən fındıq bağları ilə yanaşı gilas, ərik, alma və digər meyvə bağları əkilir. Rayonda 2016-cı ilin payızında 156 hektar , 2017-ci ilin yazında isə 190 hektar müxtəlif növ meyvə bağları əkilmişdir.

Qeyd edilənlərdən başqa cari ilin məhsulu üçün 2016-cı ilin payızında 16915 hektar buğda, 8229 hektar arpa, 2017-ci ilin yazında isə 01 aprel tarixinə kimi   397 hektar kartof, 69 hektar tərəvəz və 62 hektar çox illik yeni bitkisi olan yonca sahələri əkilmişdir. Hazırda yazlıq bitkilərin əkini davam etdirilir.

Əkin sahələrinin mineral gübrələrə olan tələbatın ödənilməsi və məhsuldarlığın artırılması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamalrına uyğun olaraq rayonda kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul sahibkarlara hesabat rübündə 980,6 ton mineral gübrələr verilmişdir.

Əkin sahələrinin suvarma suyuna olan tələbatın vaxtında ödənilməsi məqsədilə təmizlənməsi nəzərdə tutulan beton örtüklü kanallarda 8,5 km-lik, torpaq əsaslı kanal və arxlarda 32,6 km-lik hissədən 32,4 km-lik hissədə təmizləmə işləri başa çatdırılmış, cari təmiri nəzərdə tutulmuş 46 ədəd hidrotexniki qurğunun hamısında cari təmir işləri görülmüşdür. Ötən ilin sonunda Kuzunqışlaq kəndində 1 ədəd, cari ilin əvvəlində Bədişqala kəndində 1 ədəd artezian quyusu qazılmışdır. Cari ildə daha 2 ədəd artezian quyusunun qazılması nəzərdə tutulur.

Rayonda əhalinin məişət problemlərinin həlli və müasir infrastrukturun yaradılması sahəsində işlərin davam etdirildiyi, Əniğ kəndinin qazlaşdırılmasının başa çatdırıldığı, Suvacal kəndinin qazlaşdırılması işləri davam etdirildiyi, əhalinin fasiləsiz təbii qazla ilə təmin edilməsi məqsədi ilə Şahdağ daşıyıcı qaz kəmərindən Əniğ və Suvacal kəndlərinin qaz şəbəkələrini əlaqələndirmək məqsədi ilə 38 metr qaz xətti çəkildiyi, Qalacıq, Əniğ, Bədirqala kəndlərində və şəhər ərazisində 96 metr qaz kəməri təmir olunduğu, yeni məişət qaz sayğaclarının quraşdırıldığı edilmişdir.

Məruzədə həmçinin rayonun elektrik enerjisi təchizatı şəbəkəsinin yenidən qurulması, qəzalı vəziyyətdə olan dayaqların yeniləri ilə əvəz edilməsi sahəsində, rabitə xidmətlərinin yaxşılaşdarılması yönündə, Qusar şəhərində yeni içməli su və kanaliziasiya şəbəkələrinin qurulması sahəsində görülən tədbirlər diqqətə çatdırılmışdır:

-3 ay ərzində rayonun şəhər və kəndlərində 10,6 və 0,4 kv-luq elektrik xətlərində ümumilikdə 118 ədəd yeni dayaq quraşdırılmış, 55 ədəd dayaq təmir edilmiş, 57 ədəd əyilmiş dayaq bərpa edilmiş, 5,8 km uzunluğunda yeni naqil çəkilmiş, 4,3 km məsafədə budama, 39 km məsafədə məftillərin dartılması işləri görülmüş, Yasab və Balaqusar kəndlərində 2 ədəd əlavə transformator quraşdırılmış, 3 ədəd transformator (Samur qəsəbəsi, Bədirqala və Əcəxür kəndlərində) daha güclü transformatorlarla əvəz edilmiş, 3 kənddə (Tahircalpalasa, Quxur, Gədəzeyxür) sıradan çıxmış transformatorlar yeniləri ilə əvəz edilmişdir;

-2017-ci ilin ilk üç ayında rabitə xidmətlərinin yaxşılaşdarılması məqsədilə istismara yararsız olan 5000 metr uzunluğunda kabel xətləri yeniləri ilə əvəz edilmiş, 2300 metr fiber optik kabel xətləri çəkilmiş Aztelekom.net.provayderinin 347 portu geniş zolaqlı internet xidmətinə qoşulmuş, rayon mərkəzi və 2 saylı EATS-də, Yeni Həyat, Kuzunqışlaq, İmamqulukənd, Avaran və Gündüzqala kənd EATS-də əlavə avadanlıq quraşdırılaraq ümumilikdə 200 port, Mucuq, İmamqulukənd, Qələcuq və Gündüzqala kənd EATS-də nömrə tutumu ümumilikdə160 nömrə artırılmış, Qusar şəhərində 14 ədəd, kəndlərdə 115 ədəd olmaqla cəmi 129 yeni telefon çəkilmişdir;

-Qusar şəhərində yeni içməli su və kanaliziasiya şəbəkələrinin qurulması sahəsində işlər davam etdirilmiş, ötən 3 ayda 186 metr kanalizasiya xətti çəkilmiş, 155 ədəd ev birləşmə quyusu tikilmiş, 659 quyunun və 28.139 metr kanalizasiya xəttinin su sınağı aparılmışdır. Eyni zamanda hesabat rübündə yeni 4-cü su anbarının tikintisi davam etdirilmiş, 4015 metr su xətti çəkilmiş, 13 ədəd qidrant, 14 ədəd siyirtmə, 2316 ədəd su sayğacı quraşdırılmış, 1267 evin su bağlantısı aparılmış, 14358 metr su xəttinin sınağı aparılmışır.

Havaların şaxtalı və yağıntılı keçməsinə baxmayaraq rayonda müəyyən abadlıq, tikinti-təmir işləri görülmüş və bu işlərin növbəti aylarda davam etdirilməsi nəzərdə tutulur. Qusar şəhəri və Samur qəsəbəsi ərzisində 21 çoxmənzilli yaşayış binasının dam örtüklərinin, fasadların, pilləkən qəfəslərinin təmir edilməsi və digər işlərin görülməsi nəzərdə tutulmuşdur ki, artıq 17 binada bu işlərin görülməsinə başlanılmışdır. Həmin işlərin görülməsinə 112 nəfər işsiz vətəndaş cəlb edilmişdir.

Həmçinin hesabat dövründə Qılahoba, Nəcəfkənd və Avaranqışlaq kəndlərində modul tipli yeni məktəb binalarının tikintisinə başlanılmış və yaxın günlərdə daha 5 kənddə, Cağar, Yuxarı Tahircal, Zuxul, Suduroba və Üzdənoba kəndlərində yeni məktəb binalarının tikintisinə başlanılacaqdır.

Hesabatın müzakirəsində iştirak edən rayon gənclər və idman idarəsinin rəisi Emil Əmirmətov, rayon telekommunikasiya qovşağının rəisi Fərhad Pirmətov, Quxuroba Bələdiyyəsinin sədri Namiq İsmayılov, Köhnə Xudat Qazmaları kəndindən Fərzəli Yusifov və başqaları ilin birinci rübündə əldə edilən nəticələri dəyərləndirmiş, radikal təriqətçilik, gənclərin vətənpərvərlik tərbiyəsi, əhalinin məşğulluğu və s. kimi günün aktual problemləri, onların həlli istiqamətində düşüncə və təkliflərini səsləndirmişlər.