25 | 05 | 2017
Bölmələr
Axırıncı nömrə

Arxiv
Axtarış
Ən çox oxunanlar
Hava proqnozu
Ziyarətçilərimiz

free counters

Bolluğun,bərəkətin,xeyirxahlığın təcəssümü

Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasovun Novruz Bayramı təbriki

Əziz qusarlılar! Yurdumuza həmişə böyük sevinc hissi və səbirsizliklə gözlədiyimiz, baharın ilk müjdəçisi olan Novruz gəlir. Sizi bu qədim, təbiətin insanlara töhfəsi sayılan, bolluğun, bərəkətin və xeyirxahlığın təcəssümü olan əziz bayram münasibətilə ürəkdən təbrik edir, hər birinizə bahar əhval-ruhiyyəsi, cansağlığı və gələcək işlərinizdə uğurlar arzulayıram.

Əsrlərin sınağından çıxmış mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə təcəssüm etdirən bu bayram insanlar arasında birliyin və mehribançılığın möhkəmləndirilməsi, qayğı və diqqətin artırılması zəminində inkişaf etmişdir. Novruz təbiətin oyanması, ürəklərdə saf niyyətlərin, xoş arzuların yaşandığı gündür. Novruz həm də dövlətin vətəndaşlara və vətəndaşların dövlətə qarşılıqlı etimadını gücləndirən bir dostluq bayramıdır.

Müstəqilliyimiz bərpa ediləndən sonra-1994-cü ilin yazından başlayaraq Novruz yenidən milli Dövlət bayramı kimi təntənə ilə qeyd olunmağa başladı. Həmin vaxt ümumxalq şənliklərində iştirak edən ulu öndər Heydər Əliyev iqtisadi böhran məngənəsində çırpınan xalqa dözüm, səbr, həmrəylik, Vətənin çiçəklənməsi naminə yüksək fəallıq arzulayaraq demişdi: "Siz ağır zəhmət bahasına qazandığımız müstəqilliyimizi və milli dövlətçiliyimizi qorumağa, ölkədə yaranmış siyasi, sosial və iqtisadi böhrandan çıxış yolları axtarıb tapmağa qadirsiniz. Novruz bayramına gəldikdə o, xalqın milli birlik, sarsılmaz dostluq və qardaşlıq bayramıdır."

Odlar diyarında Novruzun ümumxalq bayramı səviyyəsində geniş qeyd olunması müstəqilliyimizin nailiyyətlərindəndir. Sivilizasiyaların qovuşuğundakı multikultural mühitli ölkəmizin müxtəlif mədəniyyətlərə mənsub insanlarını daim ünsiyyətə çağıraraq xoş münasibətlər bərqərar etmiş və dostluq, qardaşlıq əlaqələrini daha da gücləndirmiş Novruz bayramında tolerantlığın həqiqi təntənəsi vardır.

Möhtərəm Pprezidentimiz İlham Əliyev cənablarının, ailə üzvlərinin hər il Novruz şənliklərində xalqla bir yerdə iştirak edib onlarla xoş ünsiyyətdə olması bayram mərasimlərini daha da şərəfləndirir.

Bahar bayramının ali bəşəri duyğuların daşıyıcısı olaraq UNESCO tərəfindən ümumdünya qeyri-maddi mədəni irsinin inciləri sırasına daxil edilməsi hamımızın qəlbini iftixar hissi ilə doldurur. Hər birimiz həmçinin onunla da fəxarət duyuruq ki, ölkədə "Multikulturalizm ili" elan olunmuş 2016-cı ildə Qusar respublikanın "Folklar paytaxtı" seçildi. Bu bizə milli-mədəni irsimizin qorunması və təbliği sahəsində geniş imkanlar açdı. İlboyu həm rayonumuzda, eləcə də müxtəlif bölgələrdə keçirilən festivallarda, sərgilərdə iştirak edərək mənəviyyatımızın, düşüncə dünyamızın məhsulu olan folklor nümunələrini, o cümlədən milli varlığımızın ayrılmaz parçası sayılan Bahar bayramı ilə bağlı ənənələrimizi nümayiş etdirə bildik.

Yaz bayramının insanlarımızda qurub-yaratmaq əzmini artıran yeniləşdirici ovqatı ölkəmizin dinamik inkişafla əlamətdar həyatında son illər ən müxtəlif sahələrdə ürəkaçan nailiyyətlərlə, geniş miqyasda aparılan quruculuq-abadlıq işləri ilə ümumi ahəng təşkil edir.

Əziz dostlar! Sevimli bayram münasibətilə bir daha sizləri təbrik edir, hər bir qusarlıya, onların ailə üzvlərinə cansağlığı, səadət, xoşbəxtlik, firavanlıq, bol ruzi-bərəkət arzu edirəm. Bizə təbiətin zənginliklərini, gözəllik və rənglərini bəxş edən Bahar bayramınız mübarək! Qoy bu bahar doğma Azərbaycanımıza tərəqqi və əbədi sülh gətirsin!