25 | 05 | 2017
Bölmələr
Axırıncı nömrə

Arxiv
Axtarış
Ən çox oxunanlar
Hava proqnozu
Ziyarətçilərimiz

free counters

Qusar şəhərində küçə adlarında dəyişikliyin edilməsi haqqında Qusar Rayon İcra Hakimiyyəti Başçısının Sərəncamı

Azərbaycan Respublikasında hər zaman elm, mədəniyyət, səhiyyə və digər sahələrin inkişafında müstəsna xidmətləri olan insanların əməyi ölkə rəhbərliyi tərəfindən daim yüksək qiymətləndirilmiş, onların xatirəsi əziz tutulmuşdur. Bu istiqamətdə yürüdülən dövlət siyasətinə uyğun olaraq Qusar rayonunda da müvafiq tədbirlər həyata keçirilmiş, ölkə qarşısında müstəsna xidmətləri olan şəxsiyyətlərin gələcək nəsillərə tanıdılması, hər kəsə nümunə olan xidmətlərinin təbliği ilə bağlı məsələlər daim diqqət mərkəzində saxlanılmış, adları Qusar şəhəri ərazisindəki küçələrə verilərək onların xatirəsi əbədiləşdirilmişdir.

Ötən illər ərzində bu istiqamətdə müvafiq tədbirlər görülsə də, ictimai-siyasi həyatımızda vaxtaşırı baş verən hadisələr möcvud küçə adlarında bir sıra zəruri dəyişikliklərin aparılmasını tələb edir.

Yuxarıda qeyd olunanları, eləcə də "Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında Azərbaycan Respublikası Qanunu"nun 9-cu maddəsinin 9.8-ci bəndini əsas tutaraq qərara alıram.

1. Qusar şəhəri Şahdağ küçəsinin adı dəyişdirilərək bu küçəyə Nurəddin Şərifovun adı verilsin.

2. Qusar RİH başçısının Qusar Şəhər İƏD üzrə nümayəndəliyinə adı dəyişdirilən küçəyə yeni ad lövhəsinin vurulması və sərəncamdan irəli gələn digər vəzifələrin icrası ilə bağlı zəruri tədbirlərin həyata keçirilməsi tapşırılsın.  

         Şair Alxasov,

Qusar Rayon İcra

Hakimiyyətinin başçısı

   14 fevral 2017-ci il