21 | 11 | 2017
Bölmələr
Axırıncı nömrə

Arxiv
Axtarış
Ən çox oxunanlar
Hava proqnozu
Ziyarətçilərimiz

free counters

Çingiz bütün Azərbaycanın oğludur

Qusar RİH-nin başçısı Şair Alxasov Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanovun ailə üzvləri ilə görüşdü.

 Fevralın 15-də Qusarın Heydər Əliyev Xatirə Kompleksində baş tutan görüşdən öncə qəhrəmanın ailə üzvləri burada ümummilli liderin abidəsini ziyarət edərək önünə gül-çiçək dəstələri qoydular.

Qusar RİH-nin başçısı Şair Alxasov görüşdə vurğuladı ki, Çingiz artıq bir ailənin, bir nəslin deyil, bütün Azərbaycanın oğludur. Onun göstərdiyi rəşadət, cəsurluq nümunəsi hərb tarixinə qızıl hərflərlə yazılıb.

Fevralın 9-da Azərbaycan Prezidenti cənab İlham Əliyevin Qurbanovlar ailəsinin üzvləri ilə görüşünə toxunan icra başçısı onun Çingizin qəhrəmanlığını, mərdliyini yüksək səviyyədə dəyərləndirməsini dövlətimizin, onun rəhbərinin öz vətəndaşlarına, hərbçilərinə diqqət və qayğısının bariz nümunəsi adlandırdı.

RİH başçısı Milli Qəhrəman Çingiz Qurbanovun xatirəsinin əbədiləşdirilməsi, Qurbanovlar ailəsinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması yönündə görülən tədbirlər barəsində danışaraq bildirdi ki, Qusarın Mərkəzi küçələrindən birinə artıq Milli Qəhrəmanın adı verilib, qəhrəmanın orta təhsil aldığı Həzrə kənd tam orta məktəbinə Çingiz Qurbanovun adının verilməsinə dair vəsatət qaldırılıb. Qusar şəhərində Qurbanovlar üçün fərdi yaşayış evinin inşasından ötrü torpaq sahəsi ayrılaraq yazda tikinti işlərinə başlanacaq.

Ailənin başçısı, Milli Qəhrəmanın atası Salman Qurbanov oğlunun nəşinin Vətənə qaytarılmasını təmin etdiyinə, onun igidliyini ölkənin ən ali mükafatına-Milli Qəhrəman adına layiq bildiyinə görə dövlət başçısı cənab İlham Əliyevə, Çingizin itkin düşməsi xəbəri alınandan dəfninədək ailəsinə göstərilən qayğıya, maddi və mənəvi dəstəyə görə rayon rəhbərliyinə, eləcə də rayonun bütün sakinlərinə minnətdarlığını bildirdi.