25 | 05 | 2017
Bölmələr
Axırıncı nömrə

Arxiv
Axtarış
Ən çox oxunanlar
Hava proqnozu
Ziyarətçilərimiz

free counters

Azərbaycanın Milli Qəhrəmanı Çingiz Salman oğlu Qurbanovun adının əbədiləşdirilməsi haqqında Qusar Rayon İcra Hakimiyyəti Başçısının Sərəncamı

Azərbaycan Respublikasında hər zaman ölkənin ərazi bütövlüyü uğrunda vuruşmuş və həlak olmuş şəhidlərin, qəhrəmanların xatirəsi əziz tutulmuşdur. Bu istiqamətdə yürüdülən dövlət siyasətinə uyğun olaraq Qusar rayonunda da Vətən uğrunda həlak olanların ölkə qarşısındakı müstəsna xidmətlərinin təbliği, keçdikləri şərəfli döyüş yolunun gələcək nəsillərə tanıdılması ilə bağlı məsələlər daim diqqət mərkəzində saxlanılmış, bir çox şəhidlərin adları Qusar şəhəri ərazisindəki küçələrə və rayonun ümumtəhsil məktəblərinə verilərək xatirələri əbədiləşdirilmişdir. Belə şəhidlərdən biri də Qusar rayonunun Həzrə kəndindən həqiqi hərbi xidmətə çağırılmış, 29 dekabr 2016-cı ildə sərhəddə düşmən təxribatının qarşısını alarkən qəhrəmanlıqla həlak olmuş Çingiz Salman oğlu Qurbanovdur.

Azərbaycan Respublikası Prezidentinin 7 fevral 2017-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə Çingiz Salman oğlu Qurbanova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.

Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanovun Vətən qarşısındakı xidmətlərini nəzərə alaraq Qusar şəhərində adının əbədiləşdirilməsi məqsədə uyğundur.

Yuxarıda qeyd olunanları, eləcə də "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının" təsdiq olunması haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 avqust 1999-cu il tarixli, 139 saylı Qərarını, "Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında Azərbaycan Respublikası Qanunu"nun 9-cu maddəsinin 9.8-ci bəndini əsas tutaraq qərara alıram:

Qusar şəhəri Nürəddin Şərifov küçəsinin adı dəyişdirilərək bu küçəyə Azərbaycanın Milli Qəhrəmanı Çingiz Salman oğlu Qurbanovun adı verilsin.        

   Şair Alxasov,

Qusar Rayon İcra

Hakimiyyətinin başçısı

   14 fevral 2017-ci il