24 | 09 | 2017
Bölmələr
Axırıncı nömrə

Arxiv
Axtarış
Ən çox oxunanlar
Hava proqnozu
Ziyarətçilərimiz

free counters

Əzab-əziyyətə, meşə qırıntılarına son qoyuldu

Yeni ilin ilk ayı qədim Əniğ kəndinin camaatı üçün yaddaqalan hadisə

ilə əlamətdar olmuşdur. Kəndin evlərində ilk dəfə təbii qaz şölələnmişdir.

Bu münasibətlə keçirilən tədbirdə rayon icra hakimiyyətinin, "Azəriqaz" İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mərasimi RİHB-in Əniğ Kənd İƏD üzrə nümayəndəsi Loğman Zərbəliyev açaraq bildirmişdir ki, yanacaq sarıdan olmazın çətinliklər çəkən əniğlilər bu günü çoxdan gözləyirdilər. Artıq min əziyyətlə, böyük xərclə odun tədarük edən camaatın canı da dincələcək, meşələrimiz də qorunacaq.

Nümayəndə ölkə rəhbərliyinin, əhalinin məişət rahatlığına zəmin yaradan qaz çəkilişini həyata keçirənlərin ünvanına ən xoş arzularını bildirdi.

Kənd sakinlərindən Şəlalə Babacanova, Yavər Dövlətov və başqaları bu məişət rahatlığına görə möhtərəm Prezidentimiz İlham Əliyev cənablarına dərin minnətdarlıq duyğularını ifadə edərək ona möhkəm cansağlığı arzuladılar.

Mərasimdə iştirak edən Xaçmaz Regional Qaz İstismarı İdarəsinin rəisi Rauf Qasımov kənd sakinlərini təbrik etdi. O bildirdi ki, 437 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 32 108 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, mənzillərə 437 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılmışdır.

Kənd sakinlərinin sevincinə şərik çıxan Qusar RİH-nin başçısı Şair Alxasov onları əlamətdar hadisə, eləcə də yurdumuza qədəm basan Yeni il münasibətilə səmimi qəlbdən təbrik etdi. O bildirdi ki, yola saldığımız 2016-cı ildə rayonda bir sıra tikinti-abadlıq işləri görülmüş, ölkə prezidentinin göstərişinə əsasən yeni sosial obyektlərin tikintisi, iqtisadiyyatın dirçəldilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir.

Yeni 2017-ci ilə daha böyük inamla qədəm basırıq. Doğma Qusarın, onun kəndlərinin hərtərəfli inkişafı üçün indiyədək bir çox işlər görülsə də, bunlar kifayət deyildir. Məhz bu baxımdan yeni 2017-ci il rayonumuz üçün əsaslı quruculuq, abadlıq və tərəqqi ili olacaqdır.

Kənd camaatını tikinti-abadlıq, quruculuq işlərində fəal iştirak etməyə çağıran icra başçısı çıxışını əvəzsiz təbii yanacaqdan təhlükəsiz və xoş məqsədlərlə istifadə etməyi arzulamaqla yekunlaşdırdı.

Mərasim iştirakçılarının təntənəli alqışları altında rəmzi məşələ od vuruldu.

Tədbirin qonaqları Şirinovların evinə baş çəkdilər. Ailənin xanımları onlar üçün yaradılan belə rahatlığa görə minnətdarlıqlarını bildirdilər.               

    “Qusar”