22 | 11 | 2017
Bölmələr
Axırıncı nömrə

Arxiv
Axtarış
Ən çox oxunanlar
Hava proqnozu
Ziyarətçilərimiz

free counters

Ordum varsa-yurdum var!

26-İyun Silahlı Qüvvələr Günü münasibətilə tədbir

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti fəaliyyət istiqamətinə uyğun olaraq, Azərbaycan Respublikası vətəndaşlarının hərbi-vətənpərvərlik tərbiyəsi, yeniyetmə və gənclərdə vətəndaşlıq hisslərinin yüksəldilməsi, onların Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizəyə hazırlıq ruhunda tərbiyə edilməsi məqsədi ilə mütəmadi olaraq ictimai tədbirlər həyata keçirir.

Xidmətin 2017-ci il üçün fəaliyyət planına əsasən, 23 iyun 2017-ci il tarixdə Qusar Rayon İcra Hakimiyyəti ilə birgə Silahlı Qüvvələr Günü münasibətilə tədbir keçirilmişdir. Tədbirdə Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini general-mayor Novruzəli Orucov, Respublika Əfqanıstan Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvi Emin Həsənli, orta məktəblərin yuxarı sinif şagirdləri, şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsinin veteranları iştirak etmişlər.

Tədbir Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə başlanılmış, daha sonra Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş vətəndaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Tədbiri giriş sözü ilə açan Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov Silahlı Qüvvələrimizin formalaşma prosesindən danışmışdır. O bildirmişdir ki, hərbi sahədə həyata keçirilən islahatlar nəticəsində bu gün Azərbaycan Silahlı Qüvvələri regionun ən qüdrətli ordusu statusunu qazanıb və ötən ilin aprel ayında düşmən təxribatının qarşısının alınması zamanı bunu sübut etmişdir.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini general-mayor Novruzəli Orucov milli ordu quruculuğu prosesində ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri olduğunu və bu gün də hərbi sahəyə xüsusi əhəmiyyət verildiyini qeyd etmişdir.

Respublika Əfqanıstan Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev bildirmişdir ki, Azərbaycan Ordusu tarixi inkişaf prosesi keçərək regionun ən qüdrətli Silahlı Qüvvələri səviyyəsinə yüksəlmişdir.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvi Emin Həsənli bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin orduya yüksək səviyyədə diqqət və qayğısı nəticəsində hazırda milli ordumuz ən müasir silah-sursat və hərbi texnika ilə təchiz olunmuşdur.

Tədbirin bədii hissəsində vətənpərvərlik mahnılarının məşhur ifaçısı Şəmistan Əlizamanlı və Qusar rayon məktəblərinin özfəaliyyət kollektivləri vətənpərvərlik mövzusunda tərtib edilmiş proqramla çıxış etmişdir.