25 | 05 | 2017
Bölmələr
Axırıncı nömrə

Arxiv
Axtarış
Ən çox oxunanlar
Hava proqnozu
Ziyarətçilərimiz

free counters

Şəhidlər Allah dərgahında diridirlər!

İnsanlar sevgisiz yaşaya bilməzlər. Sevgi hissləri ülvidir, müqəddəsdir. Sıralamada ilk yerdə Allah (c.c.) sevgisi durur. Allah (c.c.) sevgisindən sonra Vətən sevgisi gəlir.

Valideyn sevgisi, övlad sevgisi, dost sevgisi, ailə sevgisi, təbiət sevgisi, əmək sevgisinin də öz yeri vardır.

Hər sevgi öz məqamında gözəldir, əhəmiyyətlidir. Əgər bir nəfər çılğınlıq edərək, təfəkkür etmədən öz qəlbindən keçən sevgini irəli çəkərsə, əsas sevgini arxaya ötürərsə, ayaqqabını başa qoymaq, papağı da ayağına geyinməyə cəhd etmək qədər səhvdir, yolverilməzdir.

Allah (c.c.) yolunda, Vətən uğrunda yeri gəlincə candan keçmək, şəhidliyin ən yüksək mərtəbəsidir, yaradanına qovuşmaqdır, ölümsüzlüyün, əbədiyyətin başlanğıcıdır.

Həyat rəhbərimiz Qurani Kərimin “Bəqərə” surəsinin 154-cü ayəsində buyrulur: "Şəhid olanlara "ölü" deməyin. Əksinə onlar Allah (c.c.) dərgahında diridirlər, lakin siz bunu dərk etmirsiniz".

Bu həqiqəti dərk etməyənlərə, Vətənə əsgəri xidmətdən müxtəlif bəhanələrlə yayınanlara təəssüflər olsun ki, az da olsa rast gəlinir.

Vətən naminə vuruşmaq Allahın (c.c.) əmridir. Vətənin müdafiəsindən, müharibədən yayınmaq ən böyük günahlardandır. Gözəl dinimizin insana verdiyi bir sıra mühüm vəzifələr vardır. Vətəni qorumaq, lazım olduğu anda onun uğrunda vuruşaraq şəhid olmaq bu vəzifələrin ən üstünüdür. Din, namus, müstəqillik kimi müqəddəs nemətlər yalnız Vətən sayəsində mühafizə edilə bilər.

Həmyerlimiz Çingiz Qurbanovun bu yaxınlarda göstərdiyi şücaət, qorxmazlıq, düşmənin çoxsaylı diversiya qrupuna cəsarətlə sinə gərməyi, düşmənə vurduğu sarsıdıcı zərbə bugünkü gəncliyimizə gözəl nümunədir.

Çingizin qəhrəmanlığı layiqincə qiymətləndirilmiş, ona "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilmişdir.

Əsgərlərimiz Ali Baş Komandanın əmrini gözləyirlər, Çingizin şücaətini təkrarlamaq üçün növbədədirlər.

İrəli, yalnız irəli, Azərbaycan əsgəri!           

  Hacı Ramazan

BABAVERDİYEV,

Mustafa Kazdal dini icmasının üzvü