15 | 12 | 2017
Bölmələr
Axırıncı nömrə

Arxiv
Axtarış
Ən çox oxunanlar
Hava proqnozu
Ziyarətçilərimiz

free counters

Kənd kitabxanasında maraqlı tədbir

Ləcət kənd kitabxana filialında Həzrə, Kirig ,Yuxarı Zeyxür kənd və Samur qəsəbə kitabxana filiallarının iştirakı ilə " 1 avqust-Azərbaycan Əlifbası və Azərbaycan Dili günü " - nə həsr olunmuş " Dilimiz- ruhumuz, mənəvi dünyamız " və " Təbii sərvətlərimiz- xoşbəxt gələcəyimiz" mövzularında tədbir keçirilmişdir.

Qusar rayon MKS-nin təşkilatçılığı ilə keçirilən tədbirdə həmin kəndlərin mədəniyyət və təhsil işçiləri, ali məktəb tələbələri, şagirdlər, çoxsaylı oxucular iştirak etmişlər .

Kitabxananın daxilində və həyətində mövzu ilə bağlı keniş və əhatəli kitab sərgiləri təşkil olunmuş, yerli sənətkarların əl işləri, milli mətbəx nümünələri və qədim məişət əşyaları nümayiş etdirilmişdir .

Tədbirdə iştirak və çıxış edən Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Nazim Ağayev, idarənin Qusar rayonu üzrə nümayəndəsi David İbramxəlilov, MKS -nin direktoru Zahir Mustafayev, Ləcət kənd kitabxana filialının müdiri Solmaz Bağışova, Ləcət kənd tam orta məktəbinin direktoru Saleh Baxışov, 5 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin mütəxəsisi İsmayıl Ramaldanov, Ləcət kənd tam orta məktəbinin biologiya müəllimi Novruz Novruzov, Sumqayıt Dovlət Universitetinin tələbələri Sevda Qasımova və Bahar Ağabəyova, Bakı Dövlət   Universitetinin tələbəsi Reyhan Rzaxanova ana dilinin hər birimizin həyatında oynadığı mühüm roldan danışmış   və onun qorunmasının, inkişaf etdirilməsinin vacibliyini qeyd etmişlər.

Tədbir məktəb şagirdlərinin ifasında ədəbi-bədii kompozisiya ilə davam etmişdir.