19 | 10 | 2017
Bölmələr
Axırıncı nömrə

Arxiv
Axtarış
Ən çox oxunanlar
Hava proqnozu
Ziyarətçilərimiz

free counters

Suvacalda mavi alov şölələndi

Avqustun 2-də Suvacal kəndinə ilk dəfə təbii qazın verilməsi münasibətilə mərasim keçirilib.

Tədbiri giriş sözü ilə Qusar RİHB-nin Xuray Kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Kazım Xamətov açaraq inzibati ərazidəki əhalinin məşğulluğu, camaatın dolanacağının və məişət şəraitinin yüksəldilməsi, sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlər haqqında məlumat vermişdir.

Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqət və qayğısı ilə bütün respublikamızda olduğu kimi Qusar rayonunda da geniş tikinti-abadlıq işləri aparıldığından, rayonun kəndlərinin bir-birinin ardınca qazlaşdırıldığından danışıb. Rayon rəhbəri vurğulayıb ki, təbii qazın əhalinin məişətinə daxil olması yeni yaşayış tərzinin bərqərar olmasından, rayonumuzda sosial layihələrin uğurla icra edilməsindən xəbər verir. Bu gün yüzdən çox ailəyə mavi alovun rahatlığı, istisi, hərarəti bəxş edildi. Bu, ölkə rəhbərliyinin xalqımıza göstərdiyi diqqət və qayğının parlaq nümunəsidir.

Kənd sakinlərinin sevincinə şərik çıxan Milli Məclisin deputatı Azər Badamov söylədi ki, bu gün biz ümummilli lider Heydər Əliyevin cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən insanlarımızın rifahına yönəlmiş daxili siyasətinin ardıcıllıqla həyata keçirildiyinin bariz nümunəsinin şahidiyik. Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramında 2018-ci ilin sonunadək ölkədə minimum 90-95 faiz qazlaşdırmanın təmin edilməsi nəzərdə tutulmuşdur.

Mərasimdə iştirak edən Xaçmaz Regional Qaz İstismarı İdarəsinin rəisi Osman Beybutov kənd sakinlərini təbrik etdi. O bildirdi ki, Suvacal kəndinin qazlaşdırılması üçün daşıyıcı xətt, kəndin daxilində isə ortatəzyiqli qaz xətləri çəkilib, bütün mənzillərə qaz sayğacları quraşdırılıb. Ümumilikdə, 9 min 979 metr müxtəlif diametrli dəmir borulardan istifadə olunub. Kənddə 140 abonent ilk dəfə "mavi yanacaq"dan istifadə etməyə başlayıb.

Kəndin sakinləri adından danışan Səfərbəy Məmmədov əraziyə təbii qaz verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və rayon rəhbərinə dərin minnətdarlığını bildirmişdir.

Sonra Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov və Milli Məclisin deputatı Azər Badamov təbii qaz verilişinin rəmzi əlaməti olan məşəli alovlandırmışlar.

Qonaqların iştirakı ilə Suvacal kənd sakini Qəhrəman Pirsaatovun evində qaz yandırılmış, evin xanımı Simnarə Pirsaatova qonaqları çay süfrəsinə dəvət etmişdir.