21 | 11 | 2017
Bölmələr
Axırıncı nömrə

Arxiv
Axtarış
Ən çox oxunanlar
Hava proqnozu
Ziyarətçilərimiz

free counters

Üç mövzuda məruzələr dinlənildi

Xaçmaz Regional Ədliyyə Şöbəsi bələdiyyə üzvləri və qulluqçularının hüquqi maarifləndirilməsi yönündə növbəti seminar-müşavirə keçirib.

Yerli özünüidarəetmə qurumlarına metodiki köməklik göstərilməsi və onların fəaliyyətinə inzibati nəzarətin səmərəli təşkili məqsədi daşıyan tədbir əsasən bələdiyyələrdə və bələdiyyə müəssisələrində kargüzarlığın təşkili, bələdiyyə qulluğu və bələdiyyə qulluğuna qəbulun xüsusiyyətləri; bələdiyyə torpaqlarının idarə edilməsinin əsasları və bələdiyyə torpaqlarının istifadəsinə və mühafizəsinə nəzarətin xüsusiyyətləri; yerli vergi və ödənişlərin yığılmasında bələdiyyələrin hüquq və vəzifələri, nağdsız hesablaşmalar və onların məqsədi, həmçinin bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət mövzularını əhatə etmişdir.

Tədbirdə Xaçmaz Regional Ədliyyə Şöbəsinin rəisi Rasim Məlikovun, qurumun əməkdaşları Qədir Paşayevin, Əlikram Həsənov və Həmid Məmmədovun qeyd olunan mövzularda məruzə və çıxışları dinlənilmişdir

Müşavirədə eləcə də ölkəmizdə aparılmış hüquqi islahatlara uyğun olaraq bələdiyyələrə dair normativ hüquqi aktlara edilmiş əlavə və dəyişikliklərlə bağlı bələdiyyə üzvlərini və qulluqçularını maraqlandıran suallar cavablandırılmışdır.