26 | 09 | 2017
Bölmələr
Axırıncı nömrə

Arxiv
Axtarış
Ən çox oxunanlar
Hava proqnozu
Ziyarətçilərimiz

free counters

İlin məhsul yığımı kompaniyası davam edir

Taxıl biçini və tədarükünün son nəticələri məlum olmuşdur. 1 sentyabr tarixinə rayonda 24544 hektar biçiləcək sahədən 58770,4 ton taxıl yığılmışdır ki, bu da hər hektardan orta 23,9 sentner məhsul təşkil edir. Keçən ilə nisbətən sahələrdən 3234,6 ton az taxıl götürülmüşdür. Bunun da səbəbi ötən ilə nisbətən taxil sahəsinin 3476 hektar az əkilməsidir. Amma məhsuldarlıq keçən ilə nisbətən hər hektardan 1,8 sentner çoxdur. Biçilmiş 16786 hektar buğda sahəsindən 39896,5 ton, 7758 hektar arpa zəmisindən isə 16990,0 ton məhsul toplanmışdır.          

Elə həmin tarixə rayonun təsərrüfatlarında 97 hektar qarğıdalı sahəsindən 260,9 ton, 221 hektar dənli paxlalılar sahəsindən 283,7 ton məhsul götürülmüş, 1311 hektar kartof sahəsindən 17083,5 ton, 722 hektar tərəvəz sahəsindən 11643,3 ton məhsul yığılmışdır. Bu göstəricilər də keçən ilin eyni dövrünə nisbətən çoxdur. Məlumat üçün bildirək ki, keçən illərdən fərqli olaraq bu il rayonda 39 hektar sahədə noxud, 3,4 hektar sahədə mərci, 3 hektar sahədə vələmir və 1 hektar sahədə bostan bitkisi-qarpız əkilmişdir.       

Son zamanlar rayonda bağçılığın geniş inkişaf etdirilməsi, o cümlədən ixracyönümlü məhsul olan findıq bağlarının salınması meyvənin bol olmasına gətirib çıxartmışdır. Cari payız bağlardan əsas hissəsi alma və findıq olmaqla 8025 ton meyvə yığılmışdır ki, bu da keçən ilin müvafiq dövründən 1673 ton çoxdur.

Əhalinin həyətyanı sahələrində olan üzüm tənəklərindən 22,6 ton salxım yığılaraq bazarlara çıxarılmışdır.

Bağların barı məhsuldarlığın keçən illərə nisbətən yüksək olacağına zəmanət verir.

Havaların uzunmüddətli quraq keçməsinə, şum sürülməsi üçün əlverişsiz havaların olmasına baxmayaraq, rayonda 1171 hektar sahədə herik şumu aparılmışdır.

Məhsul yığımı davam edir.

   Əhmədəli BALAkişiyev,

   Qusar Rayon Statistika    

İdarəsinin aparıcı məsləhətçisi