15 | 12 | 2017
Bölmələr
Axırıncı nömrə

Arxiv
Axtarış
Ən çox oxunanlar
Hava proqnozu
Ziyarətçilərimiz

free counters

Qusar zona müşavirəsinə ev sahibliyi etdi

Dövlət Məşğulluq Xidmətinin yerli orqanlarının əməkdaşlarının peşəkarlıq səviyyəsinin artırılması, kadr potensialının təkmilləşdirilməsi məqsədi ilə növbəti zona müşavirəsi keçirilmişdir.

Avqustun 1-də Gənclər evində baş tutan müşavirədə Şabran, Siyəzən, Qusar, Quba və Xaçmaz rayonlarının məşğulluq mərkəzlərinin direktorları da iştirak etmişlər.

Zona müşavirəsində təsdiq olunmuş tədbirlər planı müzakirə olunmuş və tərtib olunmuş suallar direktorlara təqdim olunmuşdur.

Müşavirədə qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yürütdüyü sosial-iqtisadi siyasətin mühüm istiqamətlərindən biri də əmək ehtiyatlarından dolğun şəkildə istifadəyə yönələn aktiv məşğulluq siyasətinin həyata keçirilməsidir.

Bununla əlaqədar hazırkı mərhələdə müasir çağırışlar fonunda məşğulluq xidməti orqanlarının, onun əməkdaşlarının qarşısında duran vəzifələr barədə, eləcə də tədbirlər planında nəzərdə tutulmuş tədbirlərin icrası ilə bağlı fikir mübadiləsi aparılmışdır.