21 | 11 | 2017
Bölmələr
Axırıncı nömrə

Arxiv
Axtarış
Ən çox oxunanlar
Hava proqnozu
Ziyarətçilərimiz

free counters

Təbiəti qorumaq özümüzü qorumaqdır

Ekologiya və Təbii Sərvətlər Nazirliyi əməkçilərinin ənənəvi peşə bayramı günü olan mayın 23-də Qusar Rayon Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin işçiləri öncə ənənəvi olaraq ulu öndər Heydər Əliyevin adını daşıyan mərkəzə gələrək onun möhtəşəm abidəsi önünə təzə-tər gül-çiçək dəstələri düzmüş, rəhbərin əziz xatirəsini ehtiramla yad etmişlər.

Müəssisənin inzibati idarə binasında davam etdirilən yığıncaqda çıxış edən müəssisənin direktoru Elnur Abdullayev kollektiv üzvlərini peşə bayramları münasibəti ilə təbrik etmiş, müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin təşəbbüsü ilə ölkəmizdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaradıldığını, bu qurumun sosial bazasının təmin edilməsində əvəzsiz xidmətlər göstərdiyini diqqətə çatdırmışdır. Sonda kollektivin əməkdə fərqlənən işçilərinə hədiyyələr təqdim edilmişdir.

Rayonumuzun meşə massivləri 1945-ci ilədək Quba Meşə Təsərrüfatının tərkibində olmuşdur. 1947-ci ildə 12.219 hektar sahə ilə Qusar Meşə Təsərrüfatı yaradılmışdır.

Respublika Nazirlər Kabinetinin müvafiq qərarı ilə bələdiyyə qurumlarının tabeliyində olan 10.281 hektar meşə sahəsi də meşə fonduna verildikdən sonra meşə massivlərimiz 22.500 hektara çatmışdır.

2001-ci ildə Azərbaycan Meşə İstehsalat Birliyi ləğv edilərək Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradılmış və Qusar Meşə Müzafizəsi və Bərpası Müəssisəsi də bu qurumun tabeliyinə keçmişdir.

Müəssisə 163 kvartalıın daxil oduğu 36 dolayı əhatə edən 3 meşəbəylikdən ibarətdir. Meşələrimiz torpaq qoruyucu, su saxlayıcı və habelə iqlim nizamlayıcı funksiyalarına malik olmaqla rayon ərazisinin 12,6 faizini təşkil edir.

Meşələrdən hər il sanitar gırmalar və meşələrin tör-töküntudən təmizlənməsi hesabına 2-3 min kubmetr oduncaq tədarük edilir.

Rayonun meşələrində ən çox yayılmış ağac növləri fıstıq, vələs və palıddır. Bunlardan başqa meşələrimizdə göyrüş, ağcaqayın, qovaq, akasiya, qızılağac və sair növlər də vardır. Meşələrimiz dərman bitkiləri kimi istifadə edilən itburnu, yemişan, quşarmudu, zirinc, çay tikanı kimi kollarla və bir sıra cır meyvəli ağaclarla zəngindir.

Müəssisədə 3 hektar sahədə tinglik yaradılmışdır ki, orada 10 növ üzrə 250 min ədəddən artıq toxmaca yetişdirilir. Ondan savayı 1,2 hektar sahədə 56 min ədəd iynəyarpaqlı cinslərdən əkin materialı mövcuddur. Yetişdirdirilən əkin materialının hesabına hər il 50-70 hektar sahədə yeni meşələr salınır, kənar təşkilatlara verilir.

Müəssisənin kollektivi 64 nəfər daimi, 45 nəfər mövsümi işçidən ibarətdir.

Rayon mərkəzinin və əksər kəndlərin tədricən qazlaşdırılması, meşələrin mühafizə olunmasında böyük rol oynamışdır. Son illər əhalinin və müəssisələrin yanacaq odununa olan tələbatı xeyli azalmışdır. Buna baxmayaraq meşə qanunvericiliyinin pozulması hallarına hələ də təsadüf edilir. 2017-ci ildə vətəndaşlar tərəfindən 10 halda qanunsuz olaraq 28,62 kubmetr həcmində 27 ədəd ağac kəsilmişdir. Meşə gözətçilərinin çevikliyi nəticəsində bütün faktlar aşkar edilərək aktlaşdırılmış, qanunu pozanlara 980 manat məbləğində zərər hesablanmışdır.