23 | 07 | 2017
Bölmələr
Axırıncı nömrə

Arxiv
Axtarış
Ən çox oxunanlar
Hava proqnozu
Ziyarətçilərimiz

free counters

Melioratorlar-bolluğa pay qatanlar

Rayon suvarma sistemləri idarəsinin işçiləri 5 İyun Meliorasiya və Su Təsərrüfatı İşçilərinin peşə bayramı günündə Heydər Əliyevin xatirə kompleksini ziyarət etmişlər. Ümummilli liderə öz ehtiramlarını bildirən kollektivin üzvləri onun əzəmətli abidəsi önünə əklil və təzə-tər gül-çiçək qoydular.

Müəssisədə keçirilən yığıncaqda çıxış edən idarənin rəisi Məzahir Əzizov kollektiv üzvlərini peşə bayramı münasibətilə təbrik etmişdir.

Sonra görülmüş işlər təhlil olunmuş, yeni perspektivlər müəyyənləşdirilmiş, əməkdə fərqlənənlərin işləri təqdir edilmiş, bir qrup qabaqcıl melioratora fəxri fərman və pul mükafatları verilmişdir.

Rayon ərazisində fermerlərə, eləcə də fiziki-hüquqi şəxslərə məxsus 29000 hektardan çox torpağı suvarma suyu ilə təmin edən Qusar Suvarma Sistemləri İdarəsi Qusar və Samur çaylarının, Samur-Abşeron kanalının suvarma sistemlərini əhatə edir.

Suvarma suyunun birbaşa sahəyə çatdırılmasında xeyli miqdarda irriqasiya və hidrotexniki qurğulardan-kanal, arx, bənd və şlüzlərdən istifadə edilir. Suvarma sisteminə daxil olan kanal və təsərrüfatdaxili arxların uzunluğu 1580 kilometrə çatır. Buraya həmçinin 2 su anbarı, 20 subartezian quyusu, irili-xırdalı 827 ədəd hidrotexniki qurğu daxildir.

Sudan səmərəli, itkisiz istifadə etmək məqəsədilə 6 su istifadəçiləri birliyi (SİB) yaradılmışdır.

Son illər Dünya Bankının vəsaiti hesabına arx və kanalların bərpası layihəsi çərçivəsində Gündüzqala arxında 8 kilometr beton kanal, 1,7 kilometr qapalı şəbəkə, 49 ədəd müxtəlif təyinatlı qurğu, Bədişqala arxında 10,13 kilometr beton kanal, 34 qurğu, Cibir kəndində 0.433 kilometr sutullayıcı, Gədəzeyxür arxında 3,1 kilometr beton kanal, 18 ədəd qurğu, Aşağı Ləgər arxında 2 kilometr beton kanal, 31 ədəd qurğu-cəmi 25 kilometrə yaxın beton kanal, 1,7 kilometr qapalı şəbəkə, 0,43 kilometr sutullayıcı, 132 ədəd müxtəlif təyinatlı qurğu inşa olunmuş, mövcud arxların torpaq arx hissələrində 47,5 kilometr təmir-bərpa işləri başa çatdırılmışdır.

Həmin bankın vəsaiti hesabına 2-ci layihə üzrə Avaranqışlaq, Atluxan, Kuzunqışlaq, Cağarqışlaq, Bədirqala, Qalacıq, Həsənqala və başqa arxlarda ümumilikdə 33,3 kilometr beton üzlük çəkilməsi, eyni zamanda 21,6 kilometr torpaq kanalların bərpası və müxtəlif təyinatlı 133 ədəd qurğunun quraşdırılması həyata keçirilmişdir.

İdarənin kollektivi bu il əkin, bağ və bostan sahələrində yaz-yay suvarmalarının problemsiz keçməsini təmin etmək, torpaq sahiblərinin narahatlığını aradan qaldırmaq üçün kifayət qədər tədbirlər görüb.

Ən ümdəsi, 1974-cü ildə istifadəyə verilən rayonumuzun mühüm su arteriyası sayılan Cağar-Cibir kanalının baş qurğusu da daxil olmaqla 46 qurğu cari təmir edilərək mövsümə tam hazır vəziyyətə gətirilmiş, 40 kubmer daş-beton bəndin inşası, çay məcralarının, arx və kanalların lildən və kol-kosdan təmizlənməsi təmin edilmişdir.