26 | 09 | 2017
Bölmələr
Axırıncı nömrə

Arxiv
Axtarış
Ən çox oxunanlar
Hava proqnozu
Ziyarətçilərimiz

free counters

Antikorrupsiya və kargüzarlıq məsələləri önə çəkildi

Xaçmaz Regional Ədliyyə Şöbəsi rayonumuzda növbəti seminar-müşavirə keçirdi.

Xaçmaz Regional Ədliyyə Şöbəsi bələdiyyə üzvləri və qulluqçularının hüquqi maarifləndirilməsi yönündə bölgənin rayonlarında mütəmadi tədbirlər-seminar və müşavirələr, treninglər keçirir.

Yerli özünüidarəetmə qurumlarına metodiki köməklik göstərilməsi və onların fəaliyyətinə inzibati nəzarətin səmərəli həyata keçirilməsi məqsədi ilə rayonumuzdakı bələdiyyə qurumlarının üzvləri və qulluqçuları üçün təşkil olunan növbəti seminar-müşavirə martın 15-də "Gənclər evi"ndə baş tutmuşdur.

Seminar-müşavirə əsasən üç istiqaməti-bələdiyyələrdə şəffaflığın artırılması, antikorrupsiya tədbirləri və bələdiyyə torpaqlarının idarə olunmasında qanunçuluq; dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair təlimata uyğun olaraq bələdiyyələrdə və bələdiyyə müəssisələrində kargüzarlığın təşkili, o cümlədən Dövlət və bələdiyyə orqanlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması qaydaları; eləcə də yerli vergi və ödənişlərin yığılmasında bələdiyyələrin hüquq və vəzifələri mövzularını əhatə etmişdir.

Tədbirdə Xaçmaz Regional Ədliyyə Şöbəsinin rəisi Rasim Məlikovun, qurumun əməkdaşları Qədir Paşayevin, Əlikram Həsənovun, Müşfiq Vəliyevin, Həmid Məmmədovun qeyd olunan mövzularda məruzə və çıxışları dinlənilmiş, o cümlədən bələdiyyə üzvlərini və qulluqçularını maraqlandıran suallar cavablandırılmışdır.

Tədbirdə iştirak edən rayon bələdiyyələrinin üzvləri Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində Azərbaycan Respublikasında aparılmış hüquqi islahatlara uyğun olaraq bələdiyyələrə dair normativ hüquqi aktlara edilmiş əlavə və dəyişikliklərin onlara izah olunmasında regional şöbənin keçirdiyi seminarların mühüm əhəmiyyətə malik olduğunu söyləmiş, belə tədbirlərin vaxtaşırı, planlı təşkilini təmin edən regional şöbənin rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.