25 | 05 | 2017
Bölmələr
Axırıncı nömrə

Arxiv
Axtarış
Ən çox oxunanlar
Hava proqnozu
Ziyarətçilərimiz

free counters

Yüksək qonaq rayonumuzdan məmnun qayıtdı

Almaniyanın Azərbaycandakı səfiri Mixael

Kindsqrab martın 10-da rayonumuzda səfərdə olub.

Şimal bölgəsi ilə tanışlıq məqsədi daşıyan səfər çərçivəsində Qusara gələn səfir əvvəl Heydər Əliyev Mərkəzində, daha sonra Dövlət Rəsm Qalereyasında olaraq rayonumuzun tarixi, bu günü haqqında məlumatlar almışdır.

RİH-də Almaniyanın səfirini mehribanlıqla qarşılayaraq qəbul edən Qusar Rayon İcra Hakimiyyətinin başçısı cənab Şair Alxasov respublikamızın “Şimal qapısı” sayılan rayonumuz, onun tarixi, coğrafi mövqeyi, əhalisi haqqında ətraflı məlumat vermiş, rayonun turizm potensialı barədə danışmış, xarici turistlərin cəlb edilməsi istiqamətində həyata keçirilən tədbirlərdən söz açmışdır.

Yerli əhalinin həyat tərzi, məşğulluğu, rayonda aparılan abadlıq-quruculuq işləri barədə müfəssəl məlumatlar əldə etdiyindən məmnun qaldığını söyləyən alman səfir Mixael Kindsqrab səmimi qəbula və qonaqpərvərliyə görə minnətdarlığını bildirmişdir.

Almaniya-Azərbaycan ikitərəfli əməkdaşlığının getdikcə inkişaf etdiyini, ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü tanıdığını vurğulayan yüksək qonaq, Almaniyanın Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, Madrid prinsipləri əsasında həll olunmasının tərəfdarı olduğunu bir daha diqqətə yetirmişdir.        

Həmin gün cənab Mixael Kindsqrab "Şahdağ" Qış-Yay Turizm Kompleksinə baş çəkərək burada yerli və xarici turistlər üçün yaradılan şəraitlə tanış olmuşdur.