15 | 12 | 2017
Bölmələr
Axırıncı nömrə

Arxiv
Axtarış
Ən çox oxunanlar
Hava proqnozu
Ziyarətçilərimiz

free counters

Fikrət Səfixan oğlu Səfixanov

Rayon ictimaiyyətinə ağır itki üz vermişdir.Tanınmış ziyalı, pedaqoq, uzun illər rayon partiya komitəsində, rayon icra hakimiyyətində, gömrük sistemində və digər mühüm dövlət işlərində çalışmış Fikrət Səfixan oğlu Səfixanov ömrünün 73-cü ilində dünyasını dəyişmişdir.

Fikrət Səfixanov 10 oktyabr 1944-cü ildə Düztahir kəndində anadan olmuşdur. 1965-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu ibtidai sinif müəllimi, 1975-ci ildə həmin institutun qiyabi şöbəsini tarix ixtisası üzrə bitirmişdir.

Əmək fəaliyyətinə 1965-ci ildə ibtidai sinif müəllimi kimi Bədirqala kəndində başlayan Fikrət Səfixanov sonralar Hil kənd orta məktəbində, Qusar şəhər internat məktəbində, şəhər 1 və 3 saylı orta məktəblərində müəllimlik etmişdir.

Bir müddət rayon gənclər təşkilatında işlədikdən sonra o, Qusar Rayon Partiya Komitəsində daha məsul vəzifəyə irəli çəkilmişdir. 1985-ci ildən burada təlimatçı, metodkabinet müdiri işləmiş, partiyanın fəaliyyəti dayandırıldıqdan sonra isə bir müddət yenidən müəllimliyə qayıtmışdır. 1993-cü ilin sentyabrında Qusar RİH-başçısının köməkçisi vəzifəsinə təyin olunmuş, 1994-cü ildən təqaüdə çıxanadək gömrük sistemində müfəttiş, aparıcı müfəttiş, şöbə müdiri, gömrük postunun rəisi vəzifələrində çalışmışdır.

Fikrət Səfixanov səmimi, camaatla qaynayıb-qarışan, mərasimlərdə fəal iştirak edən, eyni zamanda sakini olduğu Qusar şəhərinin mədəni-sosial həyatında həmişə yaxından iştirak edərək öz prinsipiallığı və obyektivliyi ilə nüfuz qazanan vətəndaş olmuşdur.

Onun təhsil, ictimai və digər fəaliyyət sahələrindəki xidmətləri rəhbər orqanlar tərəfindən daim yüksək qiymətləndirilmiş, əməyi fəxri fərmanlara, mükafatlara və qiymətli hədiyyələrə layiq görülmüşdür.

Fikrət Səfixanovun əziz xatirəsi onu tanıyanların qəlbində hər zaman yaşayacaqdır.

Allah rəhmət eləsin!

Dostları, həmkarları