21 | 11 | 2017
Bölmələr
Axırıncı nömrə

Arxiv
Axtarış
Ən çox oxunanlar
Hava proqnozu
Ziyarətçilərimiz

free counters

Məhkəmə sədri və hakim təyin edilmişdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oktyabrın 14-də imzaladığı sərəncama əsasən bir sıra birinci instansiya məhkəmələrinə sədrlər hakimlər təyin edilmişdir.

Vəliyev Adil Yaqub oğlu - Qusar Rayon Məhkəməsinin sədri, Kazımov Rafiq Vəli oğlu-Qusar Rayon Məhkəməsinin hakimi təyin edilmişlər.

 

Qusar Rayon Məhkəməsinin sədri

Adil Yaqub oğlu Vəliyev

1965-ci ildə anadan olmuşdur. 1991-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakultəsini bitirmişdir. Ağdam Rayon Polis Şöbəsində təhqiqatçı, Azərbaycan Nəqliyyatda Polis İdarəsinin İstintaq Şöbəsində müstəntiq, Bakı Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi vəzifələrində işləmişdir. 2000-ci ilin sentyabrından Sumqayıt hərbi məhkəməsində, Bakı şəhəri Binəqədi rayon məhkəməsində hakim, məhkəmə sədri vəzifələrində çalışmışdır. Ölkə başçısının 6 avqust 2008-ci il tarixli sərəncamı ilə Qusar Rayon Məhkəməsinin sədri vəzifəsinə təyin edilmişdir.

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir, müharibə veteranıdır.

Ailəlidir, iki övladı vardır.

Rafiq Vəli oğlu Kazımov,

Qusar Rayon Məhkəməsinin hakimi

Kazımov Rafiq Vəli oğlu 1956-cı ildə anadan olmuşdur. 1983-cü ildə Bakı Dövlət Universitetinin hüquq fakultəsini bitirmişdir. Bakı Şəhər Məhkəməsində məhkəmə iclas katibi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyində böyük məsləhətçi, Bakı Şəhər 2 saylı Dövlət Notariat Kontorunda dövlət notariusu, Lerik və Balakən rayon məhkəmələrinin hakimi vəzifələrində işləmişdir.

Dövlət başçısının 27 aprel 2016-cı il tarixli sərəncamı ilə Qusar Rayon Məhkəməsinin hakimi vəzifəsinə təyin edilmişdir.

Ailəlidir, iki övladı vardır.