21 | 11 | 2017
Bölmələr
Axırıncı nömrə

Arxiv
Axtarış
Ən çox oxunanlar
Hava proqnozu
Ziyarətçilərimiz

free counters

Süleyman Nadir oğlu Məmmədbəyov

Rayonumuzun təhsil ictimaiyyətinə ağır itki üz vermişdir. Səmimi insan, bacarıqlı məktəb rəhbəri Məmmədbəyov Süleyman Nadir oğlu uzun sürən ağır xəstəlikdən sonra ömrünün 61-ci ilində vəfat etmişdir.

Süleyman Məmmədbəyov 1957-ci il fevralın 17-də rayonumuzun Yasab kəndində anadan olmuşdur. Kənd məktəbini bitirərək 1975-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun biologiya-coğrafiya fakültəsinə daxil olmuşdur. Ali təhsilini başa vurduqdan sonra bir müddət təyinatla Saatlı rayonunda ixtisası üzrə müəllim işləmiş, 1982-ci ildə rayonumuza qayıdaraq pedaqoji fəaliyyətini Qaratoba kəndində davam etdirmişdir.

Süleyman müəllim peşəsinə vurğun, onu şagirdlərinə sevdirməyi bacaran, məktəblilərin qəlbinə yol tapmağı bacaran pedaqoq idi. 1984-cü ildə doğma Yasab kənd tam orta məktəbinə müəllim təyin olunan Süleyman Məmmədbəyov 2002-ci ildə rayonda keçirilmiş "İlin ən yaxşı müəllimi" müsabiqəsində fərqləndiyinə görə Qusar Rayon Təhsil Şöbəsinin diplomuna layiq görülmüşdür.

2007-ci ildə etimad göstərilərək Yasab kənd tam orta məktəbinin direktoru vəzifəsinə irəli çəkilən Süleyman Məmmədbəyov biliyini, təşkilatçılıq qabiliyyətini və enerjisini təlim-tərbiyə prosesinin durmadan təkmilləşdirilməsinə, onun effektliyinin yüksəldilməsinə yönəltmişdir.

Məktəb direktoru oloraq o, özünün bütün fəaliyyəti, insanlara münasibəti və şəxsi mənəvi keyfiyyətləri ilə bir tərbiyəçi kimi çıxış edirdi. Onun qəbul etdiyi qərarların ədalətliyi, sözü ilə əməlinin vəhdəti işçilərə də, şagirdlərə və valideynlərə də tərbiyəvi təsir göstərirdi.

Həyatının 37 ilini kənddə təhsilin inkişafına, əhalinin savadlanmasına həsr etmiş Süleyman Nadir oğlu Məmmədbəyovun işıqlı və nurlu xatirəsi hələ üzün illər onu tanıyan və sevən insanların yaddaşında qalacaqdır.

Allah rəhmət eləsin!

Yasab kənd tam orta məktəbin pedaqoji kollektivi.