21 | 11 | 2017
Bölmələr
Axırıncı nömrə

Arxiv
Axtarış
Ən çox oxunanlar
Hava proqnozu
Ziyarətçilərimiz

free counters

Səlimə Əhmədova

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 3 oktyabr 2017-ci il tarixli sərəncamı ilə ölkə təhsilinin inkişafındakı xidmətlərinə görə bir qrup təhsil işçisinə "Əməkdar müəllim" fəxri adı verilmişdir. Qusar şəhər 1 saylı orta məktəbin müəllimi Səlimə Bağır qızı Əhmədova da fəxri ad alanların cərgəsindədir.

Qusar şəhərində ziyalı ailəsində dünyaya göz açan Səlimə Bağır qızı Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakultəsini bitirdikdən sonra əmək fəaliyyətinə Əniğ kənd orta məktəbində başlamış, bir müddət rayon komsomol komitəsində çalışdıqdan sonra doğma təhsil ocağına qayıdaraq ixtisası üzrə müəllim işləmişdir.

Qırx ildən artıq bir dövrü əhatə edən pedaqoji təcrübəyə malik Səlimə Bağır qızı Əhmədovanın əməyi dəfələrlə ölkə, rayon səviyyəsində qiymətləndirilmiş, müxtəlif mükafatlara layiq gorülmüşdür.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 1 oktyabr 2012-ci il tarixli sərəncamı ilə Səlimə Əhmədova ölkə təhsilinin inkişafındakı xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif edilmiş, dövlət başçısının başqa bir sərəncamı ilə 2014/2015-ci tədris ilində keçirilmiş "Ən yaxşı müəllim" müsabiqəsində müvəffəqiyyət qazandığına görə 5000 (beş min) manat məbləğində birdəfəlik pul mükafatı ilə mükafatlandırılmışdır.

Səlimə Əhmədova yetirmələri tərəfindən sevilən müəllim, qayğıkeş ana, təvazökar, səmimi insandır. Onu növbəti uğur-yüksək fəxri ad almağı münasibətilə təbrik edir, şərəfli peşəsində yeni uğurlar, cansağlığı, ailə səadəti arzulayırıq.                                                                            

“Qusar”