21 | 11 | 2017
Bölmələr
Axırıncı nömrə

Arxiv
Axtarış
Ən çox oxunanlar
Hava proqnozu
Ziyarətçilərimiz

free counters

Kamal Abdullayev

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycanda təhsil sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Kamal Mehman oğlu Abdullayevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında 3 oktyabr 2017-ci il tarixli sərəncam imzalayıb.

Kamal Abdullayev 1936-cı il dekabrın 19-da Əcəxür kəndində ziyalı ailəsində anadan olmuşdur. Kənd yeddiillik məktəbini, Bakı Energetika Texnikumunu fərqlənmə diplomu ilə bitirib Azərbaycan Neft və Kimya İnstitutuna imtahansız qəbul olunmuşdur.

1972-ci ildən indiyə kimi isə Azərbaycan Dövlət Neft Akademiyasında "İstilik energetikası" kafedrasının müdiridir və kafedranın nəzdindəki problem laboratoriyasına rəhbərlik edir.

Texnika elmləri doktoru, professor Kamal Abdullayev ölkə başçısının sərəncamları ilə Əməkdar elm xadimi fəxri adına layiq bilinmiş, "Şöhrət" ordeni ilə təltif olunmuşdur. Kamal müəllim 50-dən artıq elmlər namizədi və 4 elmlər doktoru yetişdirmişdir. O, İngiltərədə və Moskvada nəşr olunmuş 4 monoqrafiyanın və 300-dən artıq elmi əsərin və 20-dən artıq ixtiranın müəllifidir.

Həmyerlimiz Beynəlxalq və Gürcüstan Milli Energetika Akademiyalarının həqiqi üzvü seçilmiş, ekologiya sahəsindəki elmi işlərinə görə M.Lomonosov adına medalla, elmi nəticələrinə görə SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin qızıl və gümüş medalları, ABŞ-ın Bioqrafiya İnstitutunun "Elmin açarı" mükafatı ilə təltif olunmuşdur.

Xalqımızın ağsaqqal ziyalısı, görkəmli alim və ictimai xadim, ulu öndərimiz Heydər Əliyevin dövlətçilik və idarəçilik məktəbinin yetirməsi olan professor Kamal Abdullayevi ürəkdən təbrik edir, ona cansağlığı, uzun ömür diləyirik.

                                                                                                                              “Qusar”