26 | 09 | 2017
Bölmələr
Axırıncı nömrə

Arxiv
Axtarış
Ən çox oxunanlar
Hava proqnozu
Ziyarətçilərimiz

free counters

Azər Həbib oğlu Rzayev

Qusar RİH başçısının Balaqusar Kənd İƏD üzrə nümayəndəsi

Azər Həbib oğlu Rzayev 1978-ci ildə Həsənqala kəndində anadan olmuşdur. 1999-cu ildə Azərbaycan Sənaye İnstitutunun kimya-texnologiya fakültəsini ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə ixtisası üzrə bitirmişdir. Həqiqi hərbi xidmətdən sonra 2002-2004-cü illərdə Qusar Meşə Mühafizəsi və Bərpası Müəssisəsində, "Barmek" Azərbaycan Elektrik Şəbəkəsinin Xaçmaz Regional Enerji Satışı idarəsində, 2006-2007-ci illərdə Sumqayıtelektrikşəbəkə ASC-nin Xaçmaz Enerji Satışı Regional İdarəsində mühəndis, 2007-2010-cu illərdə bu idarənin Qusar Elektrik Şəbəkə rayonunda satış sahəsi üzrə rəis müavini vəzifəsində, 2011-2014-cü illərdə Azərenerji ASC Xaçmaz Regional Elektrik Şəbəkəsi MMC-nin satış şöbəsinin, 2014-cü illərdə istehlaka nəzarət şöbəsinin rəisi vəzifəsində, 2014-2016-cı illərdə Quba, Siyəzən Elektrik Şəbəkəsinin enerji satışı şöbələrinin rəisi, “Azərişıq” ASC-nin Şimal Regional Enerji Təchizatı və Satışı İdarəsinin Xaçmaz Elektrik Şəbəkəsinin rəisi vəzifələrində işləmişdir.

Azər Rzayev Qusar RİH başçısının 11 avqust 2017-cı il tarixli əmri ilə Qusar RİH başçısının Balaqusar Kənd İƏD üzrə nümayəndəsi təyin edilmişdir.

Yeni Azərbaycan Partiyasının üzvüdür, ailəlidir, iki övlad atasıdır.