22 | 11 | 2017
Bölmələr
Axırıncı nömrə

Arxiv
Axtarış
Ən çox oxunanlar
Hava proqnozu
Ziyarətçilərimiz

free counters

Məryəm Saleh qızı Alxasova

Rayon səhiyyəsinin ağbirçəklərindən biri, təcrübəli həkim, fədakar ana, sevimli nənə Məryəm Saleh qızı Alxasova avqustun 14-də 89 yaşında vəfat etmişdir.

Məryəm Alxasova 1928-ci il iyunun 16-da Qusarda anadan olmuşdur. Uşaqlığı və yeniyetməliyi Böyük Vətən Müharibəsi illərinə düşən Məryəm Alxasova 1945-ci ildə orta məktəbi Qusar şəhərində başa vuraraq Nəriman Nərimanov odına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika işi fakültəsinə daxil olmuşdur. Həmin illərin əksər gəncləri kimi ülvi, romantik arzularla yaşayan, insanlara şəfa bəxş etmək istəyindən güc alan gənc qız ali təhsilini uğurla başa vuraraq 1950-ci ildə Qusara dönmüş, amblator -xəstəxana birliyində yarım ştatla təcili yardım həkimi, yarım ştatla da uşaq evinin həkimi kimi əmək fəaliyyətinə başlamışdır. Həmin illərin tələbatına və ənənələrinə uyğun olaraq sonralar dəri-zöhrəvi dispanserində həkim, vərəm əleyhinə dispanserdə həkim-rentgenoloq işləyən Məryəm Alxasova 1967-ci ildə Qusar Rayon mərkəzi Xəstəxanasının rentqen kabinetinə müdir təyin olunur və 1988-ci ilədək bu vəzifəni bacarıqla, qüsursuz yerinə yetirir. 1988-ci ildən 1997-ci ilədək-yəni öz xahişi ilə təqaüdə çıxanadək həkim-rentgenoloq işləyən təcrübəli həkim bütün bölgədə peşəkarlığı, biliyi ilə seçilən, həkimlik andına sadiq qalan tibb işçilərindən biri kimi hörmət qazanmışdı.

Yaxşı işi, insanlarla səmimi rəftarı ilə seçilən Məryəm Alxasova əməyi həmişə yüksək qiymətləndirilmişdir. İnsanların alqış və minnətdarlıqları ilə yanaşı respublika Səhiyyə nazirliyi və Mərkəzi Rayon Xəstəxanası tərəfindən dəfələrlə layiq görüldüyü fəxri fərmanlar bunu təsdiq edir.

Məryəm Alxasova xəstələrin böyük ümidlə üz tutduqları həkim olduğu kimi, kollektivdə də ağbirçəkliyi, qayğıkeşliyi ilə də tanınmışdır.

El-obanın dərin hörmətini qazanmış, həyatının mənalı illərini əhalinin sağlamlığına həsr etmiş Məryəm Saleh qızı Alxasovanın işıqlı və nurlu xatirəsi onu tanıyanların və sevənlərin yaddaşında qalacaq. Allah rəhmət eləsin!

Qusar Mərkəzi Rayon Xəstəxanasının rəhbərliyi,

səhiyyə işçiləri həmkarlar ittifaqının rayon komitəsi