26 | 09 | 2017
Bölmələr
Axırıncı nömrə

Arxiv
Axtarış
Ən çox oxunanlar
Hava proqnozu
Ziyarətçilərimiz

free counters

Ənvər Hacı oğlu Butayev

Rayonun tibb ictimaiyyətinə ağır itki üz vermişdir. Səmimi insan, bacarıqlı cərrah Ənvər Hacı oğlu Butayev ömrünün 71-ci ilində vəfat etmişdir.
Ənvər Butayev 1947-ci il iyunun 17-də rayonumuzun Həzrə kəndində anadan olmuşdur.
Kənd məktəbini böyük müvəffəqiyyətlə, gümüş medallı məzun kimi başa vurduqdan sonra-1965-ci ildə o, Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olmuşdur. İnsanların sağlamlığı keşiyində durmağın, onlara şəfa bəxş etməyin şərəfliliyini kiçik yaşlarından- atası, tanınmış loğman olan Hacı həkimdən əxz edən  gənc ali təhsilini uğurla başa vuraraq 1973-cü ildə Qusara cərrah kimi dönmüşdür.
İki il ordu sıralarında peşəsi üzrə gərəkli təcrübə qazandığından az  müddət içində fəaliyyəti diqqət çəkmiş, ona etimad göstərilmiş, rayon hərbi komissarlığında tibbi komiyssiyanın üzvü təyin olunmuş, bir müddətdən sonra bu komiyssiyanın sədrliyinə irəli çəkilmişdir.
Yaxşı işi, fəallığı ilə seçilən Ənvər Butayevə həmişə etibar edilmiş, əməyi də yüksək qiymətləndirilmişdir. O, 15 ilə yaxın səhiyyə işçiləri həmkarlar ittifaqı rayon təşkilatının sədri vəzifəsini icra etmişdir. Bacarıqlı həkim və ictimaiyyətçinin fəaliyyəti “SSRİ-nin Səhiyyə Əlaçısı” və “Qırmızı Xaç və Aypara Cəmiyyətinin Əlaçısı”  döş nişanlarına, Səhiyyə Nazirliyi və Qusar Mərkəzi Rayon Xəstəxanası rəhbərliklərinin mükafat və fəxri fərmanlarına layiq görülmüşdür.
Ənvər Butayev xəstələrin böyük ümidlə üz tutduqları cərrah-həkim olduğu kimi, həm də çiyin-çiyinə çalışdığı kollektivdə həssaslığı, mehribanlığı, qayğıkeşliyi ilə də tanınmışdır.
Öz üzərində daim işləmək, tibbin yenilikləri ilə tanış olmaq üçün gecəli-gündüzlü çalışmaqla yanaşı, bir həyat yoldaşı, ata kimi də üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlməyi bacarmışdır.
Həyatının 45 ilindən çoxunu səhiyyənin inkişafına, əhalinin sağlamlığına həsr etmiş Ənvər Hacı oğlu Butayevin işıqlı və nurlu xatirəsi hələ uzun illər onu tanıyanların və sevənlərin yaddaşından silinməyəcəkdir.

Allah rəhmət eləsin!
 Qusar Mərkəzi Rayon Xəstəxanasının rəhbərliyi,
səhiyyə işçiləri həmkarlar ittifaqının rayon komitəsi